Nazir siniflərdəki şagird sıxlığından DANIŞDI

“Ötən il məktəblərimizdə 85 626 sinif olub ki, onların 57 faizdən çoxunda, yəni 49 minində şagird sayı 20-dən azdır”. 
Oxu.Az-ın məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib. 
Onun sözlərinə görə, digər 23 faiz məktəbdə 21-25 nəfər təhsil alır: 
“40 nəfər və daha çox şagirdin olduğu sinif sayı 311-dir. Bu da bütün siniflərin 0,4 faizini təşkil edir. Bu rəqəm az olduğu üçün, düşünmürəm ki, yoluxma sayına ciddi təsir etsin”.