Paşinyana ikinci tərs sillə - Universitetdə tədbir keçirildi - FOTO
Fidan Həmişəyeva
15:03 14.10.2019
Elm və Təhsil
735
"Azərbaycan Prezidenti İlham Əliyev ”Valday" Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI illik iclasındakı tarixi çıxışından, beynəlxalq arenada geniş müzakirələrə səbəb olmuş “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatından sonra MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Aşqabadda keçirilən zirvə görüşündə işğalçı Ermənistanın rəhbərliyinə daha bir zərbə vurdu". Sherg.az-ın xəbərinə görə, bu sözlər Azərbaycan Texniki Universitetində müəllim-tələbə kollektivinin keçirdiyi tədbirdə səsləndirilib.
Bildirilib ki, Azərbaycan liderinin Aşqabad sammitindəki tarixi çıxışı AzTU-da qürur və böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev Prezident İlham Əliyevin Soçi və Aşqabaddakı çıxışlarının tarixi əhəmiyyətindən, xalqımızda qürur hissini gücləndirməsindən, dövlət başçımızın sərt ittihamları qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın gülünc və biabırçı vəziyyətə düşməsindən danışıb.
Qeyd edilib ki, keçmiş SSRİ-də yaşayan xalqlar faşizmə qarşı birgə mübarizə aparıblar, lakin elələri də olub ki, nasistlərlə işbirliyi qurublar. Xüsusilə ermənilər bu çirkin işdə fərqləniblər. Bu barədə indiyədək kifayət qədər yazılsa da, ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev mötəbər rəsmi tribunadan tarixi ədaləti dünyaya bəyan etdi və Ermənistan hakimiyyətini ittiham edərək konkret faktlarla mahiyyətini açdı.
Tədbirdə vurğulanıb ki, erməni faşizmi nasizmdən daha qəddardır: “Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.
AzTU-nun “İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımovun sözlərinə görə, Yerevanın mərkəzində faşist cəlladı, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulması müharibə canilərini qəhrəmanlaşdırmaqdır və bu, bəşəriyyətə qarşı cinayətdir.
Yeri gəlmişkən, tanınmış rusiyalı tarixçi, erməni saxtakarlığının böyük ifşaçısı Oleq Kuznetsovun
“Государственная политика Героизации нацизма в Армении» kitabı AzTU-nun mətbəəsində nəşr edilib. Nəşrin təşəbbüsçüsü və rəyçisi, “İctimai elmlər” kafedrasının digər professoru Əyyub Kərimov qeyd edib ki, Njdenin partiyasının proqramı nasistlərin proqramından köçürmədir.
Tədbirdə bildirilib ki, Prezident İlham Əliyev ağır ittihamlarını tutarlı faktlarla əsaslandırsa da,
Paşinyan buna cavab verməyə çox uğursuz, anlamsız və məntiqsiz bir cəhd edib. Paşinyanın absurd ifadələr səsləndirməsi isə arqumentsizlik və mədəniyyətsizlikdən başqa bir şey deyildi.
Prezident İlham Əliyevin çıxışlarından qürurlandıqlarını vurğulayan iştirakçılar hesab ediblər ki, Paşinyan qətiyyən Azərbaycan lideri ilə hansısa yüksək görüş çərçivəsində dialoq apara biləcək səviyyədə, savadda və hazırlıqda deyil, son bir neçə gündə Prezident İlham Əliyev Ermənistanın baş nazirinə ikinci dəfə tərs bir sillə vurub.
Toplantıda tələbələr adından Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əlizadə çıxış edib. İştirakçılar çıxışlarında Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevə tam dəstəklərini ifadə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi