Repetitorluğun sonu başlayıb!
Fidan Həmişəyeva
12:42 15.08.2019
Elm və Təhsil
976
Məlahət Mürşüdlü: “Abituriyentlərin az bal toplamasının səbəblərindən biri odur ki, artıq şagirdlərimizin repetitor yanına getmək imkanı yoxdur”
“Şagirdlər ya evdə özləri hazırlaşırlar, ya da məktəbdə müəllimlərin köməkliyindən istifadə edirlər. Müşahidələrimdən bu qənaətə gəlirəm ki, artıq repetitorluq məktəbi zamanını başa vurmaq mərhələsinə qədəm qoyub”
Bu il yüksək bal toplayanların sayı azalıb. Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.
Jurnalda qeyd edilib ki, bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına əsasən bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır. I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə abituriyentlərinin sayının azalmasını müşahidə etmək olurdu, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çox idi və bu da keçid ballarına öz təsirini göstərib.
Maraqlıdır, yüksək bal toplayan abituriyentlərin azalmasına səbəb nədir?
Sualımızı cavablandıran Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü“Sherg.az”a bildirib ki, şagirdlərin az bal toplamasının müxtəlif səbəbləri var.
Ekspertin qənaətincə, əsas səbəblərdən biri odur ki, artıq şagirdlərimizin repetitor yanına getmək imkanı yoxdur:
“Şagirdlər ya evdə özləri hazırlaşırlar, ya da məktəbdə müəllimlərin köməkliyindən istifadə edirlər. Müşahidələrimdən bu qənaətə gəlirəm ki, artıq repetitorluq məktəbi zamanını başa vurmaq mərhələsinə qədəm qoyub.
Çoxlu sayda abituriyentin özü müstəqil olaraq qəbul imtahanlarına hazırlaşıb. Ona görə də builki göstəricilər əvvəlki illərə nisbətən aşağıdır. Bir ekspert olaraq bunu alqışlayıram. Yəni, şagird məktəb biliyi, müstəqil hazırlığı ilə imtahandan iştirak edib və ailəsinə heç bir iqtisadi çətinlik verməyib.
Düşünürəm ki, sırf builki nəticələr şagirdlərimizin az sayda repetitora müraciət etməsindən asılıdır. Bu da iqtisadi çətinliklərlə bağlıdır. Artıq ailələrin maddi gəliri imkan vermir ki, 3-4 fəndən hazırlıq üçün müəyyən məbləğlər verilsin”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm