Sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq? - RƏSMİ AÇIQLAMA

Təhsil naziri məktəblərdə koronavirusla bağlı məhdudiyyət məsələsinə aydınlıq gətirib. 

“Sherg.az”ın xəbərinə görə, təhsil naziri Emin Əmrullayev mətbuat üçün keçirtdiyi brifinqdə bildirib ki, hələlik COVİD-lə bağlı heç bir problem yoxdur: 

“Ən azı indiki mərhələdə Operativ Qərargahın verdiyi tövsiyələrlə işimizi davam etdiririk. Qeyri-adi bir şey baş verməsə, tədris ilinə sentyabrın 15-də başlamağı planlaşdırırıq”.