
Tərbiyəçilərin ixtisasları ilə bağlı bilik və bacarıqlara sahib olması vacib məsələdir -Elçin Əfəndi
11:13 27.08.2024
Elm və Təhsil
650
Avqustun 29-u saat 10:00-dan 20:00-a qədər məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət - tərbiyəçi-müəllim və metodistlər üçün onlayn sınaq keçiriləcək.
Bu barədə Oxu.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, sınaqların, eləcə də Təhsil İnstitutu tərəfindən keçirilən vebinarların məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin bu il keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlığı prosesinin təmin edilməsidir.
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, sınaq imtahanları bir növ yoxlama və ölçmə funksiyalarını yerinə yetirir:

“Tərbiyə verənlərin, təlimçilərin ümumi bilik və bacarıqları sınaq imtahanının nəticələri ilə müəyyənləşəcək. Bir neçə ildir ki, bağçalar dövlət başçısının müvafiq tapşırığı əsasında Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. O dövrdən sonra bağçalarda müəyyən islahatlar həyata keçirilməyə başladı. Məsələn, elektron qaydada şagirdlərin bağçalara yerləşdirilməsi, məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirmiş, Nazirlər Kabinetinin qərarı əsasında orta ixtisas təhsil müəssisələrində, o cümlədən, ailə təhsil müəssisələrini bitirən şəxslərin işə qəbul prosedurunun həyata keçirilməsi, elektron qayda onların qeydiyyatı və imtahan vermələri əsasında müəyyən edilir. Bu dövrə qədər səlahiyyət icra hakimiyyətində idi. Ona görə də prosesi istədikləri kimi idarə edirdilər. Adiyyatı olmayan şəxslər bağça müdiri təyin edilir, tərbiyəçi müəllim qisimində təhsilə cəlb edilirdilər. Hazırda gözləntimiz ondan ibarətdir ki, konkret ixtisas sahibləri təhsilə cəlb olunacaqlar. O, cümlədən nazirlik tərəfindən faktiki çalışanların diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Öz bilik və bacarıqlarını bu istiqamətdə sərgiləməyənlər artıq prosesdən kənarlaşdırılacaq. Düşünürəm ki, bu da doğru qərardır. Çünki bağçada təhsil verənlərin ixtisasları ilə bağlı kifayət qədər bilik və bacarıqlara sahib olması vacib məsələlərdən biridir. Bu istiqamətdə atılan addımları müsbət dəyərləndirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial