Vəkil: Kadr çatışmazlığı hiss olunur
Yusif Nəzərli
03:07 01.09.2024
Elm və Təhsil
535
Bölgələrdəki dövlət universitetlərində hüquq fakültələri yaradılmalıdır
“Ölkəmizdə hüquqşünas kadrların sayının artırılmasına ehtiyac var. Xüsusən də regionlarda keyfiyyətli hüquqşünas kadrların yetişdirilməsini arzulayırıq".
Bu sözləri "Sherg.az"a açıqlamasında vəkil Anar Qasımlı deyib.
Vəkilin sözlərinə görə, bölgələrdəki dövlət universitetlərində hüquq fakültələri yaradılmalıdır:
“Bu gün yalnız Bakıda və Naxçıvan Dövlət Universitetində hüquq fakültələri var. Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universitetində və digər regionlardakı dövlət universitetlərinə Bakı Dövlət Universiteti ilə fərq qoyulmamalıdır. BDU-da olan fakültələr digərlərində də olmalıdır. Yaxşı olar ki, Gəncə Dövlət Universitetində, SDU-da hüquq fakültəsi olsun. Hər gün minlərlə tələbə Sumqayıtdan Bakıya gedir. Bu, bir tələbə üçün gün ərzində ən azı 2-4 saat vaxt itkisi, 5-10 manat xərc deməkdir. Halbuki bir tələbə həmin vaxtı və vəsaiti istirahətinə, təhsilinə sərf eləsə, daha yaxşı olar. Bu həm də Bakının yüklənməməsi, tıxacların olmaması üçün vacibdir. Əvvəllər bütün özəl universitetlər hüquqşünas istehsal edirdi. 150-200 balla hüquqa qəbul olunurdular. Müxtəlif şəhər və rayonlardakı dövlət universitetlərində bu fakültə açılarsa, ölkədə hüquqşünas kadrların çatışmazlığı da aradan qalxar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya