Xaricdə təhsil alan gənclərin sayı artacaq
Yusif Nəzərli
05:57 02.10.2021
Elm və Təhsil
444
Təhsil ekspertləri dövlət başçısının sərəncamını alqışlayıb
O ölkələr daha sürətlə inkişaf edir ki, orada dünya reytinqli universitetlərdə təhsil alan gənclərin sayı çoxdur
Ötən gün Prezident İlham Əliyev Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabineti gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Sərəncamdan irəli gələn məsələləri dəyərləndirmək üçün təhsil ekspertləri ilə söhbət apardıq.
Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında sərəncamı yüksək dəyərləndirib. Ekspert qeyd edib ki, azərbaycanlı gənclərin xaricdə ali təhsil alması ilə bağlı verilən Prezident sərəncamı böyük hadisədir:
"Buna qədər Azərbaycan belə bir layihəni həyata keçirib. Prezidentin bununla bağlı 2007-2015-ci illər üçün xaricdə təhsil proqramı var idi. Bu zaman 5 minə yaxın gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulurdu. Amma 3500 nəfər göndərildi. Ölkədə rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasını istəyiriksə, dünya universitetlərində təhsil almış gənclərimizə böyük ehtiyacın olduğunu görərik. O ölkələr daha sürətlə inkişaf edir ki, orada dünya reytinqli universitetlərdə təhsil alan gənclərin sayı çoxdur. Buna misal olaraq, Sinqapuru, Cənubi Koreyanı, Malayziya və digərlərini göstərə bilərik. Təəssüf ki, Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələbləri və müasir standartlara cavab verən kadrlar hazırlamır. Ona görə də Azərbaycan əmək bazarında keyfiyyətli xidmətin formalaşması üçün xarici ölkələrə mütəxəssislər göndərməyə məcburdur".
Təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında vurğulayıb ki, xaricdə təhsil almaq bir çox tələbə üçün əhəmiyyətli nüanslardan biridir. Ekspert qeyd edib ki, ümumiyyətlə, xaricdə təhsil almaqla bağlı dövlətin müəyyən proqramları mövcuddur:
"Prezidentin verdiyi yeni sərəncam əsasında dünyanın bir sıra ölkələrində Azərbaycan vətəndaşlarının xaricdə təhsil almaları üçün imkanlar yaradılacaq. Eyni zamanda gələcəkdə daha çox perspektiv vəd edən ölkə universitetlərində təhsil almaq istəyənlərə dövlətimiz tərəfindən dəstək veriləcək. Əvvəllər tələbələrimiz yalnız öz hesablarına gedirdilər, yaxud da ki, müəyyən məhdud sayda Çində, Macarıstanda, Türkiyədə təhsil alırdılar. Ancaq yeni sərəncama əsasən artıq bu sayda müəyyən artım olacaq. Eyni zamanda, təkcə bir ölkədə deyil, daha çox ölkədə təhsil almalarına imkan yaradılacaq. Düşünürəm ki, bu da dövlət başçısı tərəfindən Azərbaycan gəncliyinə verilmiş bir töhfədir. Eyni zamanda bunu dövlətimizin gələcəyi üçün Azərbaycan gəncliyinə, insan kapitalına yatırılmış sərmayə kimi qiymətləndirmək olar. Qeyd edim ki, gələcəkdə təkcə Avropa ölkələrinə deyil, Şərq ölkələrinə, eləcə də Çin, Koreya, Yaponiya, Sinqapur istiqamətində də tələbələrin göndərilməsi nəzərdə tutulacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi