"Yaxşı olardı ki, məktəbəqədər təhsil bağçalarda olsun" - Problemdən çıxış yolu göstərildi
Fidan Həmişəyeva
14:15 02.10.2019
Elm və Təhsil
2421
3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələr ölkə üzrə bərabər paylanmayıb. Bu barədə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən ölkədə təhsilin məktəbəqədər təhsil pilləsi üzrə əhatəliliyi cəmi 15 faizdir.
M.Vəliyeva əlavə edib ki, məktəbəqədər təhsil ümumi təhsil pilləsinin və təhsilin formalaşmasında çox əhəmiyyətli rol oynadığı üçün Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır:
“Ancaq elə kəndlərimiz var ki, orada ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur. Elə ərazilər də var ki, orada belə müəssisələrin sayı kifayət qədər deyil. Bu baxımdan, hesab edirik ki, ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılması uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı, ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox müsbət təsir edəcək”.
Məsələni dəyərləndirən əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət Sherg.az-a açıqlamasında hadisənin kifayət qədər aktual olduğunu bildirdi.
Eskpert qeyd edib ki, bəzən valideynlər övladlarını məktəbəqədər siniflərə yerləşdirməkdə çətinlik çəkirlər:
“Hətta bu məsələ ilə bağlı real bir faktı da deyə bilərəm. Bu yaxınlarda məktəbin yaxınlığında yaşayan valideyn müraciət edərək bildirmişdi ki, övladını evinə yaxın olan məktəbəqədər sinifə qoya bilmir. Valideynin dediyinə görə, həmin məktəbdə yer olmadığı üçün problem yaranıb. Bu nüanslar tək deyil, bir neçə nümunələr var ki, məktəbin yaxınlığında yaşayan valideynlər övladlarını məktəbəqədər təhsilə yerləşdirə bilmirlər. Onlayn qeydiyyat elan olunduqda kim tez qeydiyyatdan keçirsə, məktəbəqədər sinfilərə yerləşə bilir. Məsələn, sinifdə şagird sayı 25-30 olursa, bununla da siniflər dolur. Amma həmin məktəbin ətrafında yaşayan nə qədər sayda ailələr var. Həmin ailələrin hamısının eyni anda qeydiyyatdan keçməsi çətindir. Ona görə də burada bir balaca dilemma yaranır. Məsələn, mənim alt qonşum övladını məktəbəqədərə tez yerləşdirə bilibsə, üst qonşudakı valideyn övladını qeydiyyat bitməsə belə sinifə yerləşdirə bilməyib. Deməli, alt qonşudakı validyenin övladı məktəbəqədər təhsilə cəlb olunub orada təhsil alacaq və hazırlıqlı olacaq. Amma digər uşaq orta məktəbin məktəbəqədər təhsilini ala bilməyəcək”.
Ekspert problemdən çıxış yollarını da söylədi:
“Yaxşı olardı ki, məktəbəqədər təhsil bütün bağçalarda olsun. Bu daha gözəl effekt verə bilər. Uşaq bağçadan çıxandan sonra məktəbəqədər təhsilə cəlb ediləndə orta məktəbə adaptasiya olunacaq. Qeydiyyatdan keçib daxil olan uşaqlara vərdiş formalaşarsa, bəs qeydiyyatdan keçməni çatdıra bilməyən uşaqlar digər uşaqlarla necə uzlaşacaq? Ona görə də bu məsələdə bir az problemlər yaşanacaq. Çıxış yolu olaraq ya ümumilikdə bütün respublika üzrə məktəbəqədər təhsil olmalıdır, ya da bütün ibtidai sinif müəllimlərinə məktəbəqədər təhsil verilsin. Orta məktəbdə 8 ibtidai sinif müəllimi varsa, niyə onların hamısına məktəbəqədər təhsil verilmir? Həmin müəllimlər sevərəkdən bu işi görərlər. Amma əksər məktəblərdə 5 ibtidai sinif müəllimi varsa, onlardan yalnız 1-nə məktəbəqədər qrup verirlər. Müəllim də sinifinin sayına uyğun bazanı doldurur, digər uşaqlar isə kənarda qalır. Bu nöqsanların aradan qaldırılması üçün daha dolğun və dürüst bir inkişaf xətti götürülməli, strategiya düzgün qurulmalıdır. Hər bir işdə qüsur ola bilər. Lakin bu problemlərin aradan qaldırılması üçün yollar axtarılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi