
Yeni tədris ilinə “Qarabağ Azərbaycandır”şüarı ilə başlanacaq
14:49 21.09.2021
Elm və Təhsil
614
“Bu, şagirdlərimizin milli vətənpərvlik ruhunda tərbiyə olunmasına, onlara tarixi həqiqətlərimizlə bağlı fikirləri çatdırmağa imkan verəcək”
“Cənab Prezident İlham Əliyev Vətən müharibəsi dövründə daim “Qarabağ Azərbaycandır” şüarını səsləndirdi”
“Birmənalı şəkildə bütün şagirdlərimizə bunu çatdırmalıyıq. Hesab edirəm ki,tədris ilinin belə başlaması böyük motivasiya, ruh yüksəkliyi gətirəcək”
Yeni tədris ilində I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq. Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.
Xatırladaq ki, sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.

Sözügedən təşəbbüsü “Sherg.az”a dəyərləndirən təhsil eksperti Kamran Əsədov deyib ki, indiyə qədər orta məktəb dərsliklərində bədbinlik var idi:
“Dərslərdə torpaqlarımızın işğalından danışırdıq. Lakin yeni tədris ilinə qalib ölkənin qalib vətəndaşları olaraq başlayırıq. Bundan sonra torpaqlarımızın azad olunması, bu yolda çəkilən əziyyətdən, canını qurban verən oğullarımızdan bəhs edəcəyik.
“Qarabağ Azərbaycandır” devizi ilə bu dərslərin keçirilməsi şagirdlərimizin milli vətənpərvlik ruhunda tərbiyə olunmasına, onlara tarixi həqiqətlərimizlə bağlı fikirləri çatdırmağa imkan verəcək.
Cənab Prezident İlham Əliyev Vətən müharibəsi dövründə daim “Qarabağ Azərbaycandır” şüarını səsləndirdi. Birmənalı şəkildə bütün şagirdlərimizə bunu çatdırmalıyıq.
Hesab edirəm ki,tədris ilinin belə başlaması böyük motivasiya, ruh yüksəkliyi gətirəcək. Onlar da özlərini qalib ölkənin şagirdləri kimi hiss edəcəklər. Fikrimcə, bu olduqca müsbət addımdır”.
Samirə Ərəblinski
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi