Bricit Makronla onun transgender olduğunu iddia edənlər arasında qalmaqal bitmir
10:53 14.07.2025
Dünya
293
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron onun kişi olduğu barədə informasiya yayan iki qadına qarşı məhkəmənin bəraət qərarından şikayət edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə onun vəkili Jan Ennoşinin "Franceinfo" radiostansiyasına verdiyi müsahibədə deyib.
"Bricit Makron Paris Apellyasiya Məhkəməsinin Natşa Reyin və Amandin Ruyanın (əsl adı Delfin Jequss) bəraəti barədə qərarı apellyasiya etmək niyyətindədir", - deyə vəkil bildirib.
Onun sözlərinə görə, hər iki qadın Fransanın birinci xanımının transgender şəxs olduğu ilə bağlı məlumatlar yayıb.
Qeyd edək ki, Paris Apellyasiya Məhkəməsi Natşa Rey və Amandin Ruyanın açıqlamalarının əksəriyyətini böhtan hesab etməyib. Lakin məhkəmə onların Bricit Makronu guya Emmanuel Makronun tələbə, özünün isə onun müəllimi olduğu vaxtlarda onu yoldan çıxarmaqda ittiham etməsini böhtan kimi qiymətləndirib. Buna baxmayaraq, qadınlar ümumilikdə bəraət alıblar.
Qeyd edək ki, 2021-ci ildə jurnalist Natşa Rey Brijit Makronun əslində kişi cinsində doğulduğunu sübut edən sənədlərinin olduğunu iddia etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Küveyt ordusu İran dronlarını məhv etdi
16:14 31.07.2026
Dünya
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
15:51 31.07.2026
Elm və Təhsil
NATO Avropada nüvə silahlarının artırılması planı üzərində işləyir
15:09 31.07.2026
Dünya
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət