ABŞ Federal Ticarət Komissiyası: Sosial şəbəkələr “geniş nəzarət” aparır
Yusif Nəzərli
20:51 21.09.2024
Texnologiya
1182
ABŞ Federal Ticarət Komissiyası (FTK) hesab edir ki, “Meta”, “Google”, “TikTok” və sosial şəbəkələr və onlayn video ilə məşğul olan digər şirkətlər istifadəçilərə “geniş nəzarət” həyata keçirir.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, 129 səhifəlik geniş hesabatda FTK sənaye təcrübələri ilə bağlı illər boyu apardığı araşdırmaya yekun vurub. Araşdırmada şirkətlər istifadəçilərin məxfiliyinə “davamlı diqqət” ayırmamaqda, məlumatlardan yeni süni intellekt alətləri yaratmaq üçün geniş istifadə etməkdə və uşaqlar üçün potensial risklərə müqavimət göstərməkdən imtina etməkdə ittiham olunur.
FTK-nın sədri Lina Han bildirib ki, hesabat şirkətlərin "insanların şəxsi həyatını təhlükə altına sala, azadlıqlarını təhdid edə və onları müxtəlif bədbəxtliklərə məruz qoya biləcəyini" göstərir.
"Uşaqların təhlükəsizliyi ilə bağlı nəticələr xüsusilə narahatlıq doğurur", - deyə o, əlavə edib.
2020-ci ildə FTK doqquz sosial şəbəkə və videoyayım provayderindən insanların şəxsi məlumatlarını necə topladıqları, istifadə etdikləri və satdıqları, məhsullarının alqoritmlərlə necə işlədiyi və s. haqqında məlumat vermələrini tələb edib.
Komissiya qanunvericilər və tənzimləyici orqanlar tərəfindən qeyri-şəffaflıq səbəbindən tez-tez tənqid edilən şirkətlərdən məlumat ala bilib. Bunlara “Amazon”, “Meta, “YouTube”, X, “TikTok” “Snap”, “ByteDance”, Discord”, “Reddit” və “WhatsApp” daxildir.
FTK əməkdaşları hesabatda "ümumi nəticələr"in təsvir edildiyini yazıblar, lakin qeyd ediblər ki, hər bir konkret halda hər bir şirkətə qarşı heç də bütün nəticələr tətbiq edilə bilməz. Bununla belə, onlar, istifadəçiləri riskə atan və ya onların məlumatlarının şirkətlər tərəfindən mənfəət əldə etmək üçün necə istifadə edildiyi barədə məlumatlandırmayan modellərin geniş yayıldığını qeyd ediblər.
Şirkətlər bu məlumatlardan süni intellekt məhsullarını işə salmaq üçün getdikcə daha çox istifadə etsələr də, istehlakçılar, bir qayda olaraq, “şəxsi məlumatlarının necə istifadə olunmasına əhəmiyyətli nəzarət edə bilmirlər”.
Tədqiqatın nəticələri “istifadəçi məlumatlarının toplanmasına əsaslanan biznes modelləri və istifadəçilərin özəl həyatının qorunması arasında daxili ziddiyyəti” üzə çıxarıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi