Analizlərin cavabını elektron hökumətdən öyrənmək mümkündür
Yusif Nəzərli
17:45 04.12.2024
Texnologiya
836
Bununla da vətəndaşlar vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən onlayn formada laborator analizlərinin nəticələrini öyrənə biləcəklər.
Sherg.az Sputnik-ə istinadən bildirir ki, "Mygov" rəqəmsal hökumət platforması vasitəsilə vətəndaşların laborator analizlərinin nəticələri "e-tabib" mobil tətbiqi ilə paralel olaraq, "mygov" rəqəmsal hökumət plarformasına da inteqrasiya olunub. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Xəbərdə bildirilir ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, xidmətin optimallaşdırılması, həmçinin laborator analizlərin nəticələrinin daha rahat şəkildə təqdim edilməsi istiqamətində TƏBİB-in tabeliyindəki Rəqəmsal Tibbi Həllər İdarəsi tərəfindən işlər aparılır. Məqsəd məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, habelə vətəndaşların növbələrdə gözləməsi hallarını minimuma endirmək və tibbi xidmətlərdən istifadə rahatlığını təmin etməkdir.
Bunun üçün "mygov" rəqəmsal hökumət portalının mobil tətbiqində və eləcə də www.my.gov.az internet səhifəsində "Xidmətlərim" bölməsinə daxil olmaqla "Tibb məlumatlarım" hissəsinə keçid etmək lazımdır. Burada açılan "Laborator analizlər" pəncərəsindən nəticələri elektron formada əldə etmək, telefonun və kompüterin yaddaşına köçürmək mümkündür.
Yaxın müddətdə "Tibb məlumatlarım" bölməsində vətəndaşlara göstərilən digər tibbi xidmətlərin nəticələrinin də inteqrasiya edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, vətəndaşlar "e-tabib" mobil tətbiqinə daxil olaraq "Laboratoriya" bölməsinə keçid etməklə də laborator analizlərin və eləcə də digər tibbi xidmətlərin nəticələri ilə tanış ola bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi