"Apple" şirkəti Con Ternusun baş icraçı direktor təyin olunduğunu açıqlayıb. Şirkətin hazırkı rəhbəri Tim Kuk isə Direktorlar Şurasının icraçı sədri olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, C.Ternus 2026-cı il sentyabrın 1-dən etibarən vəzifələrin icrasına başlayacaq.
Xatırladaq ki, T.Kuk 2011-ci ildə Stiv Cobsun vəfatından sonra "Apple"ın baş direktoru vəzifəsini tutub.
"Bloomberg"in yazdığına görə, T.Kukun rəhbərliyi altında 10 il ərzində "Apple"ın bazar kapitallaşması 350 milyard dollardan iki trilyon dollara yüksəlib və 2022-ci ilin əvvəlində üç trilyon dollara çatıb.