
@önə çıxart insanları narahat edir - Ekspert də narazıdır
Yusif Nəzərli
09:57 31.12.2023
Texnologiya
1377
Ancaq qarşısını almaq üçün feysbuk buna əks bir qadağa qoymayıb
"Allah haqqı bir də kimsə məni @önə çıxartdı nədi bilmirəm, onu yazıb tağ eləsə, onu blok edəcəm. Bəsdirin dəəəə, qabağa gedə bilənəm, elə özüm gedərəm də, önə də özüm çıxaram, sizi niyə önə çıxardıram. Səy zadam? Önə çıxart, yox bir, divara dırmaş".
Bu sözləri jurnalist Samir Əli yarızarafat, yarıgerçək öz feysbuk hesabında paylaşıb. Onun fikirlərini çox sayda istifadəçi təsdiqləyərək bu funksiyaya etirazlarını bildiriblər.

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, vətəndaşların mövqeyindən çıxış etsək, insanları sosial şəbəkələrdə narahat etmək heç bir şəkildə doğru deyil:
Əvvəl Feysbukun rütbə adlanan funksiyası var idi. Komediya proqranlarında bu hələ də istifadə olunur. Halbuki, bu sistem əvvəllər feysbukda tətbiq olunurdu. İndi isə yeni "önə çıxart" deyilən funksiya təşkil olunub. Bu qrupda və ya bir şəxsin dostlarının hər birinin bu postu görməsini təmin edir. Feysbukda bir çox şəxs, həmçinin, mən də bundan narahat oluram. Ancaq qarşısını almaq üçün isə feysbuk buna əks bir qadağa qoymayıb. Yəni, tənzimləmələrə daxil olaraq "hər kəsə bağla"- deyə bir bölmə yoxdur. Mənə elə gəlir ki, bir funksiya varsa, onun aktiv və ya passivliyi tənzimlənməlidir. Çox ehtimal ki, feysbuk bunu lazımlı bir bölmə kimi hesab edib. Ancaq gördüyünüz kimi, bundan bir çox şəxs şikayyətçidir. Yəqin ki, feysbuk rütbə funksiyası kimi bunu da bir müddətdən sonra ləğv edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya