Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb
Yusif Nəzərli
06:39 26.01.2024
Texnologiya
1675
Bu gün İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
4SİM-in icraçı direktoru Fariz Cəfərov media nümayəndələrinə qurumun ötən il ərzindəki fəaliyyəti, Dünya İqtisadi Forumu ilə birgə icra edilən layihələr və təşəbbüslər, dövlət qurumları ilə əməkdaşlıq, həyata keçirilən tədbirlərlə bağlı məlumat verib.
Bildirib ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2023-cü ildə 50-dən çox təşəbbüs, 30-dan artıq yerli və beynəlxalq tədbirdə təşkilatçı və tərəfdaş qismində iştirak edib. Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində dördüncü sənaye inqilabı (4Sİ) texnologiyalarının milli iqtisadiyyatda tətbiqinə dair uğurlu həllər, kənd təsərrüfatı, sənaye, səhiyyə, dövlət satınalmaları, media və təhsil sahəsində tətbiqinə dair 8 tədqiqat sənədi hazırlanıb.
"Rəqəmsal əkiz (digital twin), Azərbaycan dilində süni intellekt platforması (GenAI) və Müasir Texnologiyalar Mərkəzinin yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb. Generativ Süni İntellekt əsaslı “4SİM çatbotu”, “Gömrükdə 4Sİ həlləri”, “Azərbaycan güləşçiləri üçün rəqəmsal həllərin tətbiqi ilə onların rəqabət üstünlüklərinin gücləndirilməsi” layihələri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, sənayenin rəqəmsal transformasiyası məqsədilə SOCAR Polymer və “Azergold” şirkətləri üçün “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SİRİ) layihəsi uğurla icra edilib. 4SİM Dünya İqtisadi Forumunun (DİF) dünya üzrə mövcud 16 dördüncü sənaye inqilabı (4Sİ) mərkəzindən biri olmaqla yanaşı, MDB məkanında yeganə mərkəzdir. 4SİM 3 əsas istiqamətdə fəaliyyət göstərir: süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və rəqəmsal ticarət. Bu çərçivədə ötən il 4 startapın Çində keçirilən Yay Davos Forumunda iştirakına dəstək verilib" - deyə F. Cəfərov əlavə edib.
2024 - Yaşıl dünya naminə həmrəylik ili və COP29 çərçivəsində milli iqtisadiyyatın müxtəlif sektorlarında “yaşıl” texnologiyalardan istifadənin təşviqi və bu istiqamətdə startaplara dəstək məsələləri diqqət mərkəzində olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi