
Azərbaycan Ümumdünya Radiorabitə Konfransında iştirak edib
08:03 18.12.2023
Texnologiya
943
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransı öz işini başa çatdırıb. Tədbirdə ölkəmizi rəqəmsal kinkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, konfrans dünyanın 158 ölkəsindən İKT sahəsi üzrə nazir və nazir müavinləri, eləcə də beynəlxalq təşkilatlar, akademik təsisatlar və özəl şirkətlərin nümayəndələrindən ibarət 4000-dən çox iştirakçını bir araya gətirib.
Tədbir çərçivəsində qlobal səviyyədə radiorabitə sahəsi üzrə siyasətə və mühüm texniki tənzimləmələrə dair müzakirələr aparılıb. Həmçinin radiotezliklərin, geostasionar və qeyri-geostasionar peyk orbitlərinin istifadəsi üzrə qaydaları müəyyən edən Radiorabitə Reqlamentinə əlavə və düzəlişlər edilib.
Azərbaycan nümayəndə heyəti konfrans zamanı aparılan müzakirələrdə fəal iştirak edib, habelə konfransda təmsil olunan bir sıra dövlətlərin nümayəndələri ilə koordinasiya görüşləri keçirib.
Konfrans çərçivəsində, həmçinin nazir müavini Samir Məmmədov və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan Martin arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycanla BTİ arasında mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər xüsusilə rəqəmsal innovasiya, kibertəhlükəsizlik və İKT sahəsinin tənzimlənməsi istiqamətləri üzrə tərəfdaşlığın genişləndirilməsinə dair razılıq əldə ediblər.
Konfransın sonunda müzakirələr nəticəsində qəbul olunan qərarları, Radiorabitə Reqlamentinə əlavə və düzəlişləri özündə əks etdirən Yekun Aktlar imzalanıb.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi