
Elektrikli avtomobil inqilabı sürətlənir -Açıqlama
Yusif Nəzərli
07:40 17.01.2025
Texnologiya
708
Sahibkarlara enerjidoldurma infrastrukturuna artan tələbatdan istifadə etmək üçün çox yaxşı bir fürsət yaranıb
Mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının tikintisinə icazə tələb olunmayacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, Azərbaycanda elektriklə işləyən avtomobillərə qarşı əhəmiyyətli güzəştlər tətbiq edilib. Elektrik avtomobillərinin ölkəyə gətirilməsi ƏDV-dən azad olunub. Bu güzəşt elektrik enerji doldurucularının idxalına da şamil olunub. Buna rəğmən sürücülərin elektrik mühərrikli avtomobillərə marağı qənaətbəxş deyil. Ekspertlər isə qeyd edir ki, paytaxtda elektrik doldurma məntəqələrinin (EDM) sayı yetərincə olsa da, bölgələrdə onların sayı azdır. Uzaq yola çıxan sürücülər yolda qalma ehtimalına görə, elektromobillərdən istifadəyə üstünlük vermirlər.
Dəyişikliyi müsbət dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az"a açıqlamasında deyib ki, elektrik enerjisi doldurucularının tikintisinə icazə tələbinin aradan qaldırılması sahibkarların bu sahəyə marağını artıracaq.
Elektromobillərin sayının elektrikdoldurma məntəqələrinin sayı ilə mütənasib olduğunu vurğulayan ekspert deyib ki, məntəqələrin sayı artdıqca, ölkədə elektromobil istifadə edənlərin də sayı artacaq:

“Dövlətlə yanaşı, özəl qurumlar da şəxsi təşəbbüsləri ilə şəhərin müxtəlif istiqamətlərində elektrikdoldurma məntəqələri quraşdırıblar. Hətta bəzi yerlərdə elektrikdoldurma məntəqələrindən istifadənin pulsuz olması xüsusi bir üstünlük və sevindirici haldır. Sözügedən dəyişiklikdən sonra sahibkarların bu sahəyə marağının daha da artacağını güman edirəm.
Elektrikli avtomobil inqilabının sürətlənməsi sahibkarlar və investorlar üçün enerjidoldurma infrastrukturuna artan tələbatdan istifadə etmək üçün çox yaxşı bir fürsətdir. Sözsüz ki, elektrik enerjisi doldurma stansiyası işinə başlamadan əvvəl yerli bazar dinamikasını dəyərləndirmək, elektrik enerjisi doldurma stansiyalarına tələbat haqqında hərtərəfli araşdırma aparmaq lazımdır. Eyni zamanda cari doldurma stansiyalarının yerlərini, onların istifadə dərəcələrini və əhatə dairəsindəki boşluqları müəyyənləşdirmək vacib amildir. Onu da deyim ki, elektrikdoldurma məntəqələri üçün düzgün avadanlığın seçilməsi biznesinizin uğurunu və səmərəliliyini təmin etmək üçün çox vacibdir. Sürətli doldurma imkanlarını dəstəkləyən enerji stansiyaları istifadəçilərin avtomobillərini enerji ilə yükləməsi üçün lazım olan vaxtı əhəmiyyətli dərəcədə azalda və stansiyanın istifadə sürətini artıra bilər. Müştəriləri cəlb etmək üçün rəqabətqabiliyyətli tariflərin təyin edilməsi də mühüm faktordur. Sahibkarlar mənfəətlə sərfəliliyi balanslaşdırmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya