
Elm və milli mədəniyyətin populyarlaşması bizi bayağı paylaşımlardan uzaqda saxlaya bilər -AÇIQLAMA
10:26 22.04.2025
Texnologiya
595
Son illərdə sosial media platformaları insan həyatının ayrılmaz hissəsinə çevrilib.
Bu platformalar arasında xüsusilə TikTok qısa zamanda böyük populyarlıq qazanaraq, yeni nəsil istifadəçilərin ən çox müraciət etdiyi məkanlardan birinə çevrilib.
Hazırda bir çox insan TikTok vasitəsilə həm öz yaradıcılığını ifadə edir, həm də ciddi məbləğdə gəlir əldə etdiyini bildirir.
Həqiqətəndə TikTokdan külli miqdarda pul qazanmaq mümkündürmü?
İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Sherg.az”a bildirib ki, sosial platformalarda yüksək qazancın reallığı nadir hallarda mümkündür, amma bu hər kəs üçün deyil:

“Sosial platformalarda yüksək gəlir qazanmaq üçün bir neçə əsas faktor var.
Birincisi izləyici sayı – Milyonlarla izləyicisi olan şəxslər sponsorlu reklamlar, canlı yayım hədiyyələri və ya məhsul satışı ilə pul qazana bilərlər. İkincisi aktivlik – Gündəlik paylaşımlar, trendə uyğun kontent və izləyici ilə canlı interaksiyalar.
Üçüncüsü brend əməkdaşlığı – Tanınmış şəxslər brendlərlə əməkdaşlıq edib məhz həmin məhsulları tanıtdıqlarına görə ödəniş alırlar. Dördüncüsü isə canlı yayım hədiyyələri – Məsələn, TikTok istifadəçiləri canlı yayım zamanı "gift" göndərirlər. Bu "virtual hədiyyələr" real pula çevrilə bilər. Amma hər kəs yüksək qazana bilmir. Digər tərəfdən Sosial platformalarda qazanc belə asandırsa, insanlar niyə adi işlərə getdiyi sualı ortaya çıxır. Çünki sosial platformalarda gəlir sabit deyil. Bir gün 100 manat qazandıra bilər, sabah isə 0 manat. Əgər izləyici və bəyənmə yoxdursa, qazanc da olmur. Eyni zamanda daim maraqlı və trendə uyğun kontent yaratmaq çətindir. Həmçinin minlərlə insan Sosial platformalardan pul qazanmaq istəyir. Yalnız fərqlənənlər uğur qazanır. Sosial platformalarda qaydaları dəyişdikcə, baxış və qazanc da azala bilər".
Ekspert əlavə edib ki, müxtəlif ölkələrdə TikTok-un təsiri ilə bağlı narahatlıqlar var və buna görə müəyyən tədbirlər görülür:
"Məsələn, bəzi ölkələrdə TikTok-da yayılmış zərərli və ya mənəvi dəyərlərə uyğun olmayan məzmunlara qarşı məhdudiyyətlər qoyulur. Hətta gəncləri qorumaq üçün yaş senzurası tətbiq olunur və insanlara sosial medianın real həyatla fərqini izah edən maarifləndirici layihələr keçirilir.
Ölkəmiz də daxil olmaqla bir çox ölkədə TikTok-da yayılan zərərli trendlərlə bağlı narahatlıqlar var. Amma düşünürəm ki, konkret qadağa ilə yox, daha çox nəzarət və maarifləndirmə yolu ilə mübarizə aparmaq daha uyğundur. Tiktokda maarifçilik və mədəni tədbirlər hə həyata keçirmək olar və belə məzmunlar da az deyil. Sadəcə trendlər istifadəçilərin marağını əks etdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı