Fransa məhkəməsi, Parisdə “X” sosial media platforması ilə bağlı açılmış istintaq çərçivəsində şirkətin sahibi Elon Maskı ifadə verməyə çağırıb.
Sherg.az xəbər verir ki, məlumatı Fransanın yerli mətbuatı yayıb.
Xəbərə görə, platformanın alqoritmlərinin xarici müdaxiləyə imkan verəcək şəkildə dəyişdirilməsi, insanlığa qarşı cinayətlərlə bağlı iddialar və uşaq istismarına aid məzmunların platformada yer alması kimi ciddi ittihamlar üzrə “X” şirkəti barəsində araşdırma aparılır.
Paris Prokurorluğu 2025-ci ildə başladılan istintaq çərçivəsində “X” platformasının sahibi Elon Maskın bu gün ifadə verməli olduğunu açıqlayıb. Eyni zamanda, həmin dövrdə şirkətin rəhbər vəzifəsində olan Linda Yacarino da 24 aprel tarixinə ifadəyə çağırılıb.
Prokurorluq bildirib ki, Elon Maskın ifadəyə gəlməməsi istintaqın gedişinə təsir göstərməyəcək.
Nə baş verib?
Renesans Partiyasının deputatı Eric Bothorel 2025-ci ildə “X” platforması ilə bağlı müxtəlif şikayətlər əsasında prokurorluğa müraciət edib. Bundan sonra Paris Prokurorluğu şirkət haqqında rəsmi istintaqa başlayıb.
İstintaq çərçivəsində 2026-cı ilin fevralında “X” platformasının Paris ofislərində axtarış aparılıb. Bu addım Elon Mask tərəfindən kəskin tənqid olunub.