Elon Musk Neuralink şirkətinin ilk dəfə olaraq insanın beyninə çip yerləşdirdiyini açıqladı
Elon Musk Neuralink şirkətinin ilk dəfə olaraq insanın beyninə çip yerləşdirdiyini açıqladı
13:00 30.01.2024
Texnologiya
1909
Tesla və SpaceX-in qurucusu, sosial media platforması X-in sahibi Elon Musk, insan beynini kompüterə qoşmağa çalışan layihələrində yeni mərhələyə keçdiklərini açıqlayəb.
"Sherg.az" xəbər verir ki, Musk bu məqsədlə qurduğu Neuralink şirkətinə məxsus simsiz çipin ilk dəfə insan beyninə müvəffəqiyyətlə implantasiya edildiyini söyləyib.
Paylaşdığı mesajda Neuralink-in ilk cihazının adının 'Telepatiya' olduğunu açıqlayan Musk, çip taxılan xəstənin sağalmaqda olduğunu əlavə edib.
Şirkət insan beynini kompüterlə birləşdirərək mürəkkəb nevroloji problemlərə həll yolları yaratmağı qarşısına məqsəd qoyduğunu bildirir.
Neuralink şirkətinin rəqibləri daha əvvəl oxşar cihazları beyinə yerləşdirməyə nail olublar.
ABŞ Qida və Dərman İdarəsi (FDA) May ayında Maskın şirkətinə çipləri insanlar üzərində sınaqdan keçirməyə icazə verib.
Altı il davam edəcək araşdırmada beyinin müəyyən hissələrinə insan saçından daha nazik 64 elastik sap yerləşdiriləcək.
Şirkətin açıqlamasına görə, eksperimental çip simsiz enerji ilə doldurula bilən batareyalarla işləyir. O, beyin siqnallarını qeyd edir və onları simsiz olaraq cihaza göndərir. Beləliklə, insanın necə hərəkət etmək istədiyi barədə siqnallar kompüterdə işlənə bilər.
Neuralink deyir ki, bu çiplər zamanla demans, Parkinson xəstəliyi və onurğa beyni zədələri kimi sağlamlıq problemlərinə kömək edə bilər.
Elon Musk qeyd edib ki, Telepatiya adlanan cihaz "telefonları, kompüterləri və bütün elektronikanı yalnız düşüncə ilə idarə etməyə imkan verəcək".
"Təsəvvür edin ki, Stiven Hokinq daha sürətli ünsiyyət qura bilsəydi. Məqsədimiz budur", - Mask deyib.
Qeyd edək ki, Neuralink-in rəqiblərindən olan Blackrock Neurotech adlı Yuta ştatında yerləşən bir şirkət ilk beyin implantını 2004-cü ildə reallaşdırıb.
Precision Neuroscience adlı şirkət iflic olan xəstələri dəstəkləmək üçün implantlar da istehsal edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi