
Əmlakların satış qiymətləri insanların alıcılıq qabiliyyəti ilə üst-üstə düşmür -Ekspert
13:45 07.10.2024
Texnologiya
1127
Azərbaycanda ev sahibi olmaq istəyənlərin ən yaralı yeri ipoteka kreditləridir. Çünki mənzillərin artan qiymətləri ilə insanlar nağd şəkildə pul ödəyib ev sahibi ola bilmirlər. İpoteka isə onlara bu imkanı yaradır. Son illərdə ölkədə mənzil satışlarının böyük bir hissəsi ipoteka kreditləşməsi ilə reallaşdırılır. Xüsusilə də sosial ipotekaya maraq böyükdür. Əsas gözləntilərdən biri də sosial ipoteka kreditlərinin faizlərinin aşağı salınması ilə bağlıdır. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev də bu günlərdə Gənc Ailə Forumunda çıxışı zamanı deyib ki, sosial ipoteka kreditlərinin faizlərinin aşağı salınması arzudur. Amma bunun reallaşması üçün gərək banklar da tərəfdaş kimi maraqlı olsunlar. "Ailələr üçün güzəştli kredit şərtlərinin daha yumşaq olmasına çalışmalıyıq", - deyə nazir müavini bildirib.
Bəs görəsən, sosial ipoteka kreditlərində faizlərin azaldılması nə dərəcədə realdır? Bu reallaşarsa, əmlak bazarına necə təsir edə bilər?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az" a açıqlamasında qeyd edib ki, qiymətlərdəki artımlar orta əməkhaqqı ilə yaşayan ailələrin əmlak almasına imkan vermir:

"Hətta, onların kirayə qalmalarına da əməkhaqqı və yaşam xərcləri bəs etmir. Bu gün paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərindəki əmlakların satış qiymətləri insanların alıcılıq qabiliyyəti ilə üst-üstə düşmür. Ümumiyyətlə alıcılıq qabiliyyəti ölkədə vətəndaşların aldığı minimal və orta əməkhaqqı ilə ölçülür. Qiymət o formada olmalıdır ki, ən azından orta əməkhaqqı ilə yaşayan ailə bəlli bir ildən sonra əmlak ala bilsin. Bölgələrdə də imkanlı şəxslər az deyil. Bu gün Bakının mərkəzi və mərkəzə yaxın ərazilərə baxsaq görərik ki, alıcıların böyük hissəsi bölgədən gəlib mülk alan şəxslərdir. Bu qiymət artımlarının isə uzun müddət davam etməyəcəyini düşünürəm. Çünki 2020-ci ilin sonundan başlayaraq azad olunmuş ərazilərimizdə sürətlə tikinti-bərpa işləri gedir. İnsanlar əvvəllər iş üçün bölgələrdən paytaxta üz tuturdular. Artıq işin böyük bir hissəsi həmin azad olunmuş ərazilərimizə gedir. Binaların tikilməsi, yaşayış massivlərinin salınması, sürücülük, texniki işlər, restoran, bir sözlə orada iş imkanı yaradılıb. Artıq həmin ərazilərə tələbatın artması səbəbindən bölgələrdən iş üçün gələn insanlar paytaxta deyil, həmin işğaldan azad olunmuş ərazilərə üz tutacaqlar. Çünki bu işlər həm evlərinə yaxındır, həm də əmək haqqı onları qane edir".
Ekspert əlavə edib ki, həmin ərazilərə məcburi köçkünlər mərhələli şəkildə köçürüldükdən sonra paytaxtda daşınmaz əmlaklara tələbat azalacaq:
"Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən satışa çıxarılan mənzillər məcburi köçkünlər üçün tikilmişdi. Həmin evlər çox minimal qiymətə satışa çıxarıldı. Məcburi köçkünlər mərhələli şəkildə geri qayıtdıqca onlara verilmiş evlər şəhid ailələrinə, qazilərə və minimal qiymətə digər şəxslərə satışa çıxarılır. Bu da aztəminatlı insanların problemini qismən aradan qaldırmağa kömək edir. Bir sözlə gələcəkdə həmin ərazilərdə infrastruktur tam qurulduqdan sonra paytaxt Bakıya tələbat azalacaq. Hazırda Şuşa, Xankəndi və digər azad edilmiş ərazilərdə çox böyük infarstruktur qurulduğuna görə tələbat həddən artıq çox artıb. Bu baxımdan təkcə həmin azad olunmuş ərazilərdə deyil, ora gedən yolların üzərindəki rayonlarda da inkişaf başlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi