ETSN: Elektrik mühərrikli avtomobillərin idxalında artım müşahidə olunur
Yusif Nəzərli
05:45 05.03.2024
Texnologiya
1469
Elektrik mühərrikli avtomobillərin idxalında artım müşahidə olunur.
APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması, dövriyyəsinin stimullaşdırılması, maliyyə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir.
“Bu məqsədlə ölkədə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə İşçi Qrup fəaliyyət göstərir. İşçi Qrupun hazırladığı təkliflər əsasında həyata keçirilən tədbirlər nəticəsində ölkədə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə genişlənib. Stimullaşdırıcı tədbirlərin sayəsində, xüsusilə elektrik mühərrikli avtomobillərin idxalında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. 2023-cü ildə ölkəyə 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib. Bu müsbət tendensiyanın növbəti illərdə də davam etməsi üçün ardıcıl olaraq tədbirlər görülür", - nazir müşaviri deyib.
R.Səttarzadənin sözlərinə görə, ölkənin nəqliyyat parkında elektrik avtomobillərinin payının artırılması məqsədilə İşçi Qrup tərəfindən aidiyyəti dövlət qurumları ilə yanaşı, özəl sektor nümayəndələri də fəaliyyətlərə cəlb edilib və bu əməkdaşlıq əhalinin maliyyə əlçatanlığının artırılmasında, istehlakçı hüquqlarının müdafiəsi və rəqabət mühitinin inkişafında, fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırılmasında, xüsusilə ictimaiyyət arasında məlumatlılığın artırılmasında səmərəli nəticələr verəcək:
"Eyni zamanda, İşçi Qrupun 2024-cü il üzrə hazırlanmış yol xəritəsində nəzərdə tutulub ki, aidiyyəti dövlət qurumları ilə birgə ekoloji təmiz nəqliyyat vasitələrinin üstünlükləri, köhnə nəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə mütəmadi təbliğat aparılsın. Həmçinin il ərzində köhnə nəqliyyat vasitələrinin məhdudlaşdırılması istiqamətində yeni təkliflərin hazırlanması, köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı zəruri işlərin görülməsi, elektromobillərin batareyalarının utilizasiyasının beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində fəaliyyətlərin qurulması planlaşdırılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi