FT: Mask Ukraynanın Rusiyaya qarşı "Starlink”dən istifadəsinə icazə verməyə hazırdır

Amerikalı sahibkar İlon Mask Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə zərbələrin yönləndirilməsi üçün "Starlink" sistemindən istifadəsinə icazə verməyə hazırdır.

Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Mask bundan əvvəl Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorova “Starlink”dən istifadəyə icazə verməyə hazır olduğunu, lakin bu qərarın siyasi xarakter daşıdığını və Ağ Ev tərəfindən təsdiq edilməli olduğunu deyib.

Fedorov FT-yə müsahibəsində bu barədə, o cümlədən Maskla söhbətləri haqda şərh verməkdən imtina edib.

Qeyd edək ki, bundan əvvəl “Financial Times” qəzetində ABŞ Prezidenti Donald Trampın Ukraynanın Rusiyaya qarşı hücumlarda “Starlink”dən istifadəsinə icazə vermədyi haqqında yazı dərc edilib.