İKT mütəxəssisi: "TikTok" üzərində nəzarət onun qeydiyyatdan keçdiyi ölkənin hüququ çərçivəsində olur
11:53 09.12.2024
Texnologiya
895
"TikTok" və digər sosial media platformaları, xüsusən də gənclər arasında populyar olduğu üçün müəyyən nəzarətə ehtiyac duya bilər. Bu, həm istifadəçilərin təhlükəsizliyini təmin etmək, həm də onların sağlam psixoloji inkişafına dəstək olmaq məqsədilə vacibdir. Bəs "TikTok" üzərində nəzarətə ehtiyac varmı?
Sualımızı cavablandıran Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında bildirib ki, "TikTok" üzərində nəzarət onun qeydiyyatdan keçdiyi ölkənin hüququ çərçivəsində olur:
“"TikTok"un Azərbaycanda rəsmi nümayəndəsi var. Ancaq "TikTok"un daxili prosedurlarına giriş üçün, yəni nəzarət etmək, ora hər hansı bir fikri, qadağanı diktə etmək və ya təklif vermək üçün iki istiqamət var. Birinci istiqamət odur ki, ya "TikTok"un qeydiyyatdan keçdiyi ölkə olmalısınız, ya da sizin o qədər böyük bir internet seqmentiniz olmalıdır ki, "TikTok" sizinlə razılaşsın. Azərbaycanın internet seqmenti, yəni sosial şəbəkə seqmenti isə çox kiçikdir. Ölkə kiçik ölkə olduğu üçün, seqmentimiz də kiçikdir. "TikTok"da biz olsaq da, olmasaq da çox böyük fərq eləmir. Buna görə də bizim "TikTok"da hər hansı bir formada nəzarəti gücləndirməyimiz, nəzarət etməyimiz çətin məsələdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi