Milli data qapadılıb və onun taleyindən bir xəbər yoxdur -RƏY
Milli data qapadılıb və onun taleyindən bir xəbər yoxdur -RƏY
08:15 28.03.2024
Texnologiya
1730
Osman Gündüz: “Ümid edirəm ki, RİNN bu məsələyə aydınlıq gətirəcək”
Dəfələrlə ən yüksək elmi toplantılarda Azərbaycan dilinin milli korpusunun olmaması ciddi müzakirə predmetinə çevrilib. Belə bir korpus olmadan Azərbaycan dilini dəstəkləyən keyfiyyətli süni intellekt həllərinin yaradılması qeyri-mümkündür.
Baxmayaraq ki, bəzi elmi institutlarda və şirkətlərdə milli korpusla və bunun əsasında süni intellekt həllərinin yaradılması ilə bağlı müəyyən addımlar atılıb, lakin hələ də bu vacib dövlət əhəmiyyətli məsələyə sahiblik edən, bu işə cavabdehlik daşıyan qurum qeyri-müəyyəndir.
Bu barədə “Sherg.az”a açıqlama verən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, on illər öncə, ozamankı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə “Dilmanc” layihəsi həyata keçirilirdi:
“O zamanlar üçün uğurlu bir layihə idi. Xatırlayıram ki, xeyli dövlət resursları xərclənən bu layihə çərçivəsində bir xeyli işlər də görülmüşdü. Layihə çərçivəsində “Dilmanc” tərcümə sistemi, şifahi nitqi mətnə çevirən “Dilmanc İmla” sistemi, mətnlərin səsləndirilməsi sistemi və s. hazırlanmışdı. Bu dövlət layihəsi çərçivəsində Azərbaycan dilinin nəhəng bir milli korpusu (Ana dilimizdə indiyədək mövcud olan, elektron formatda toplanmış və sistemləşdirilmiş böyük mətnlər bazası ) formalaşmışdı. Hansı ki ana dilimizdə süni intellekt həllərinin və NLP ( təbii dilin emalı) layihələrin inkişafı üçün, ana dilimizdəki mətnlərin emalı və riyazi-statistik təhlili üçün bu resurs mühüm əhəmiyyət kəsb edir. Lakin hazırda belə bir dövlət resursu nə dövlət sektoru, nə biznes sektoru, nə də elmi tədqiqat üçün əlçatan deyil. Əgər belə bir korpus əlçatan olsaydı, Azərbaycanda süni intellekt sahəsində ciddi uğurlar əldə etmək mümkün olardı. Məhz belə bir resursun olmaması hazırda ölkədə süni intellekt sahəsinin inkişafını əngəlləyən amillərdəndir. Hazırda elə bizim özümüz də media monitorinq sisteminin sentiment analizinin üzərində işləyərkən belə bir milli korpusun əlçatan olmamasından xeyli əziyyət çəkirik”.
"Maraqlıdır, dövlət dəstəyilə yaradılan həmin milli korpus indi haradadır" sualına gəldikdə isə O.Gündüz deyib ki, "Dilmanc" rəhbərliyi layihə başa çatanda bu datanı Nazirliyə təhvil verib. Ondan sonra isə bu data qapadılıb və onun taleyindən bir xəbər yoxdur:
“Ümid edirəm ki, RİNN bu məsələyə aydınlıq gətirəcək. Fikrimcə, maraqlı tərəflər, RİNN-in Aİ Lab qurumu və 4SİM, ETN -nin İS və İT elmi institutları, AMEA Dilçilik İnstitutu, ADA, AzTU və digər müvafiq Universitetlər, bu sahədə çalışan biznes qurumları, A2Z, "Robotronics" şirkətləri məhz bu problemin həlli üçün bir araya gəlməlidir.
RİNN maraqlı tərəfləri və elə "Dilmanc" komandasını da cəlb etməklə keçmişdə formalaşan milli korpusun inkişafı və biznes üçün, dövlət və elm sektoru üçün əlçatan edilməsi istiqamətində səylərini gücləndirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi