
Rəqəmsal detoks texnologiyadan asılılığı azaltmaqda faydalıdır -İT mütəxəssisi
10:47 15.01.2025
Texnologiya
926
Süni intellektdən artan asılılıq tənqidi təfəkkür qabiliyyətlərinin azalmasına gətirir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə isveçrəli alimlərinin süni intellekt alətlərinin geniş istifadəsinin nəticələri barədə genişmiqyaslı tədqiqatlarından aydın olub. Araşdırmanın nəticələri "Societies" elmi jurnalında dərc edilib.
Alimlər bu narahatedici hadisənin səbəbini koqnitiv yükün azalması ilə izah edirlər. Belə ki, süni intellektin istifadəsinin cəlbedici aspektlərindən biri neyron şəbəkələrin insanı əqli səylərdən azad etməsidir. Lakin tədqiqat göstərdi ki, bunun mənfi nəticələri ola bilər.
Tədqiqat zamanı mütəxəssislər təxminən 670 nəfəri sorğu edərək onları üç yaş qrupuna bölüblər: 17-25 yaş, 26-45 yaş, 46 yaş və yuxarı. Əldə edilmiş məlumatların statistik təhlili süni intellekt alətlərinin istifadəsi və tənqidi təfəkkür göstəriciləri arasında əhəmiyyətli mənfi korrelyasiya aşkar etdi. Süni intellektin mütəmadi istifadəçiləri məlumatı tənqidi qiymətləndirmək və refleksiv problem həllində iştirak etmək qabiliyyətinin azaldığını nümayiş etdiriblər.
Xüsusilə narahatedici görünən fakt odur ki, gənc iştirakçılar yaşlı yaş qrupları ilə müqayisədə süni intellekt alətlərindən daha yüksək asılılıq və daha aşağı tənqidi təfəkkür balları göstəriblər.
Respondentlərin özləri süni intellekt alətlərinin adi istifadəsi nəticəsində tənqidi təfəkkür bacarıqlarının itirilməsindən narahatlıqlarını ifadə ediblər.
Hesabatın müəlliflərinə görə, onların kəşfi təhsil, elm və aktiv əqli fəaliyyət tələb edən digər sahələrdə süni intellektin istifadəsinə yanaşmaları yenidən nəzərdən keçirmək zərurətini göstərir.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, süni intellekt (Sİ) texnologiyaları son illərdə həyatımızın ayrılmaz hissəsinə çevrilib və gənclər bu texnologiyaların əsas istifadəçilərindən biridir:

“Lakin bu inkişafın bir sıra müsbət tərəflərinə baxmayaraq, müəyyən təhlükələri də mövcuddur. Bu təhlükələrdən biri rəqəmsal asılılıqdır. Sosial media platformaları, oyunlar və digər Sİ əsaslı tətbiqlər istifadəçilərin diqqətini cəlb etmək və daha uzun müddət ərzində platformada qalmasını təmin etmək üçün xüsusi alqoritmlərlə hazırlanır. Bu gənclərin vaxt idarəçiliyinə, təhsilinə və emosional vəziyyətinə mənfi təsir göstərə bilər. Digər bir təhlükə məlumat təhlükəsizliyi və məxfiyyətdir. Gənclər çox vaxt şəxsi məlumatlarını internetdə rahatlıqla paylaşır və bu onların məlumatlarının sui-istifadə olunma riskini artırır. Şəxsi məlumatların təhlükəsizliyinə diqqət artırılmalıdır. Gənclər güclü parollardan istifadə etməli, şübhəli tətbiqlərdən çəkinməli və şəxsi məlumatlarını paylaşmadan əvvəl ehtiyatlı olmalıdırlar. Bu təhlükələrin qarşısını almaq və Sİ-dən balanslı şəkildə istifadə etmək üçün ilk növbədə, texnologiyadan şüurlu istifadə vərdişi inkişaf etdirilməlidir. Gənclər texnologiyanı yalnız əyləncə üçün deyil, həm də öyrənmə və yaradıcılıq məqsədləri üçün istifadə etməyi öyrənməlidirlər. Rəqəmsal detoks adlandırdığımız fasilələr isə texnologiyadan asılılığı azaltmaqda faydalıdır. Bu onların süni intellekt ilə balanslı münasibət qurmasına kömək edəcəkdir. Gənclər iş bazarına uyğunlaşmaq və rəqabət qabiliyyətlərini artırmaq üçün texnoloji bacarıqlarını təkmilləşdirməlidirlər. Süni intellekt və avtomatlaşdırma sahəsində biliklər əldə etmək, həmçinin yaradıcı və analitik düşüncə tərzini inkişaf etdirmək vacibdir. İnsanlar süni intellekt texnologiyalarından şüurlu və məsuliyyətli şəkildə istifadə edilməklə, bu texnologiyaların mənfi təsirləri minimuma endirilə bilər. Bu məqsədlə insanlar süni intellektə düzgün yanaşsalar düşünürəm ki, onların inkişaf etməsi bir gözəl bir vasitə ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya