Yeniyetmələr, uşaqlar niyə kiberzorakılığa məruz qalırlar? -AÇIQLAMA
12:43 05.04.2024
Texnologiya
2002
Ötən il ərzində Azərbaycanda “Facebook”dan istifadə azalıb.
“APA-Economics”in "Statcounter"ə istinadən xəbərinə görə, Azərbaycanda ötən il ərzində ən çox may ayında “Facebook”dan istifadədə artım qeydə alınıb.
Belə ki, ötən ilin mayında ölkədə “Facebook”dan istifadə 31.8 faiz təşkil etsə də, ilin sonunda bu rəqəm 17.34 faiz təşkil edib. Avropada yeniyetmələr arasında sosial şəbəkələrdə texnologiyadan istifadə edilməklə digər insanları təhdid etmək, utandırmaq, qorxutmaq və ya tənqid etmək üçün kiberbullinq (kiberzorakılıq) faktları da artıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən aparılan “Məktəbyaşlı uşaqların sağlamlıqla bağlı davranışı” adlı araşdırmaya əsasən, son 2 ayda bu yaşda olan gənclərin 16 faizi kiberzorakılığa məruz qalıb. Avropa, Orta Asiya və Kanadanın 44 ölkəsindən və bölgəsindən olan məktəblilər arasında aparılan sorğunun nəticələrinə əsaslanan bir araşdırma oğlanlar arasında kiberzorakılıq qurbanlarının nisbətinin 2018-ci illə müqayisədə 12 faizdən 15 faizə, qızlarda isə 13 faizdən 16 faizə yüksəldiyini təsdiqləyir. Kiberzorakılığın ən çox yayıldığı ölkələr arasında Litva, İngiltərə, Latviya və Danimarka xüsusilə seçilir. Hesabat müəllifləri kiberzorakılığın “böyük sosial problem” hesab edilməsini və hesabatın nəticələrinin gələcəkdə problemin həlli yollarının tapılması üçün “başlanğıc nöqtə” sayılmasını xahiş ediblər.
Azərbaycanda feysbuk istifadəçilərinin azalmasının səbəbi nədir? Kiberzorakılıqdan əziyyət çəkən vətandaşların sayı az deyil. Problemin həlli istiqamətində hansı tədbirlər görülməlidir?
Suallarımızı cavablandıran Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda internetə çıxışı olan vətəndaşların sayı 9.2 milyona yaxındır:
"Bunun 6 milyondan çoxu sosial şəbəkə istifadəçisidir. Sosial media istifadəçilərinin 32 faizi qadın, 68 faizi isə kişilərdir. Sosial şəbəkələr gündən-günə həcmi artmaqda davam edir. Azərbaycanda və digər ölkələrdə sosial şəbəkə seçimi fərqlidir. Bir çox dövlətlərdə qanunvericilik, trenddə olan şəbəkələr gənclərin yetişməsində, informasiya mübadiləsində mühüm rol oynayır. Azərbaycanda isə populyar olan sosial media vasitələri "tik-tok","instagram", "facebook"-dur. Artıq yaşlılar və uşaqların da internetə çıxış imkanları var. Bu səbəbdən yeniyetmələr, uşaqlar fərqində olmadan kiberzorakılığa, kibertəhdidə məruz qalırlar. Bunun qarşısını almaq üçün valideyn nəzarəti mühüm şərtdir. Bunun üçün də kifayyət qədər rəqəmsal məhsullar var. Onlarca ailə qoruma proqramları mövcuddur. Bununla valideynlər övladlarını izləyə, istədikləri sosial şəbəkələrə məhdudiyyətlər qoya bilərlər. Əgər qeydiyyatdan keçərkən azyaşlı biri doğum tarixini düzgün qeyd etsə, ona uyğun funksiyalardan istifadə edə biləcək. Məsələn, 15 yaşına qədər "chat" bölməsi açılmır. Bununla yanaşı, məktəblərdə, universitetlərdə, ictimai sektorda maarifləndirici funksiyanı yerinə yetirməlidir".
Ekspert vurğulayıb ki, Azərbaycanda Feysbuk istifadəçilərinin azalmasına dair rəsmi məlumat yoxdur:
"Sadəcə olaraq feysbukda 1 milyon 600 aktiv azərbaycanlı istifadəçi var. Bunun 32 faizi qadın, 70 faizi isə kişilərdir(bütün yaş qruplar üçün keçərlidir). İstifadəçilərin azalıb çoxaldığını bilmək istəyiriksə, yalnız rəsmi istinad olan xəbərlərə etibar etməliyik. Bununla bağlı feysbukun marketinq bölməsi ildə bir dəfə açıqlama verir. Bu səbəbdən verilən informasiya düzgün hesab edilmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi