Ankara tədbir görür
Yusif Nəzərli
08:58 15.04.2022
Aktual
838
Türkiyə vətəndaşlığını almaq istəyənlərin sayı artıb
Təkcə ukraynalılar deyil, rus iş adamları da Türkiyədə daimi məskunlaşmaq istəyir
Türkiyə vətəndaşlığı üçün alınacaq daşınmaz əmlakın dəyəri artırılır.
Müraciət üçün alınacaq daşınmaz əmlakın dəyəri 250 min dollardan 400 min dollara qaldırılacaq. Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə edilib. Vətəndaşlıq müraciəti üçün 400 min dollar və ya ekvivalent xarici valyuta məbləğində daşınmaz əmlak almaq kifayət etməyəcək. Qəbul edilən qərarın həyata keçirilməsi üçün Türkiyə Vətəndaşlığı Qanununun Tətbiqinə dair Əsasnaməyə dəyişikliklərin edilməsi gözlənilir.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun “Şərq”ə verdiyi açıqlamaya görə, Türkiyə vətəndaşlığı üçün alınacaq daşınmaz əmlakın dəyərinin artırılması kəmiyyət yox, keyfiyyət önəmlidir prinsipinə söykənir:
“Yaranmış geosiyasi vəziyyətlə əlaqəli Türkiyə vətəndaşlığı almaq istəyən insanların sayında ciddi artım müşahidə edilir. Xüsusən də MDB məkanına daxil olan ölkələrin vətəndaşları öz bizneslərini Türkiyəyə köçürməkdə maraqlıdırlar.
Türkiyə ərazisində oturum izni alıb müvafiq qanuni əsaslarla yaşayan və müəyyən edilmiş dəyərdə mülkiyyət sahibi olan insanların vətəndaşlıq üçün müraciət etməsi qarşısıalınmaz bir prosesdir. Ona görə də Türkiyə hökuməti alınacaq daşınmaz əmlakın dəyərini artırmaqla öz maraqlarını qorumağa çalışır. Şərtlər asan olarsa tələblərə cavab verən bütün müraciətlər qeydə alınmalıdır və hər istəyən şəxsin Türkiyə vətəndaşlığını alması da sonradan ölkə üçün ciddi problemlərə yol aça bilər”.
Ekspertin fikrincə, Türkiyə öz ölkəsində maddi imkanları daha yüksək olan şəxslərin daimi məskunlaşmasını istəyir. Bir sıra Avropa ölkələrində bu təcrübə geniş yayılıb:
“Hökumət görür ki, Ukrayna-Rusiya müharibəsi davam etdiyi müddətdə vətəndaşlıq almaq üçün onlara müraciət edən şəxslərin sayı daha da artacaq. Tək Ukrayna deyil, Rusiya biznesmenlərinin də bir çoxu buna can atır. Hətta onlar sadəcə fərdi qaydada bütünlükdə müəssisələrini Türkiyəyə köçürmək niyyətindədir. Bu prosesin yaxın perspektivdə daha da genişlənəcəyinə dair çox ciddi siqnallar da var. Türkiyə hökuməti də prosesdən maksimum yararlanmaq üçün vətəndaşlıq müraciəti üçün tələb olunan mülkiyyət dəyərini artıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya
Çexiyada qatarlar toqquşdu, xəsarət alanlar var
13:41 17.11.2026
Dünya
Kreml: Krım körpüsü ətrafında vəziyyət Putinə məruzə olunub
13:30 17.11.2026
Dünya
Vəkillər ödənişlərini ala bilmirlər - Deputat
13:14 17.11.2026
Gündəm