2 “KamAZ” toqquşdu

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Padar kəndində qeydə alınıb. Belə ki, “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində sürücülərdən 1 ölüb. Ölən şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə təhvil verilib.(qafqazinfo)

Faktla bağlı araşdırma apırılır.