ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə dair proqnozlara əsasən, Demokratlar Partiyası Konqresin Nümayəndələr Palatasında 258 mandat əldə edə bilər.
“NBC News” telekanalının məlumatına görə, Respublikaçılar Partiyasının isə 177 yer qazanacağı gözlənilir.
Proqnoz gerçəkləşərsə, demokratlar 1993–1995-ci illərdə fəaliyyət göstərmiş Konqresdən sonra Nümayəndələr Palatasında ən yüksək təmsilçiliyinə nail olacaqlar.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 435 üzvdən ibarətdir. Aralıq seçkilərdə palatanın bütün üzvləri, eləcə də Senatın üzvlərinin bir hissəsi seçilir.