
Azərbaycan Türk Ocağı bəyanat yayıb: 31 Mart soyqımını unutmamalıyq
07:28 31.03.2023
Tarix
1639
Azərbaycan tarixində erməni - bolşevik hərbi birləşmələrinin Azərbaycan türklərinə , müsəlman əhaliyə qarşı törətdikləri 1918 - ci ilin qanlı 31 Mart soyqrımı insan itkilərinin , dağıntıların miqyasına görə ən böyük faciələrdən biridir. Köhnə təqvimlə martın 18 - i , yeni vaxtla martın 31- dən aprelin 2 -dək erməni silahlılarının , "Daşnakstyun " partiyasının və bolşeviklərin Bakıda milli zəmində törətdikləri soyqrım aktı Şura hakimiyyəti qurmaq adı altında Azərbaycanın bir cox bölgələrində davam etdirilib.

Şamaxıda , Qubada , Salyanda , Neftcalada və digər bölgılərdə planlı şəkildə kütləvi qırğınlar törədilib, bölgəni türksüzləşdirmək siyasəti yeridilib. Özünü Bakı Komissarları Sovetinin sədri elan edən S.Şaumyan və tərəfdarları , Erməni Milli Şurası , " Daşnakstyun " partiyası bu qırğın baş verməyəcəyi təqdirdə müsavatçıların Azərbaycan müxtariyyatını elan edəcəklərini qeyd edərək sinfi mübarizə adı altında yerli türk - müsəlman xalqlarını soyqrıma məruz qoymuşlar. Bakıda müsəlmanlar yaşayan məhlələr, evlər gülləbaran edilib , ahıllar, körpələr, qadınlar qılıncdan kecrilib və qətlə yetirilib. Məscidlər dağıdılıb, qəzet redaksiyaları yandırılıb, ziyalılar öncədən tərtib edilən siyahılarla həbs edilərək güllələnib , neft quyularına , Xəzər dənizinə atılıb. 3 gün davam edən bu qırğınlar Bakı və ətraf bölgələrin etnik tərkibinin ruslar , ermənilər və digər kicik xalqların xeyrinə dəyişməyə hesablanıb. Bakıda 18 min , Şamaxıda 8 min , Qubada 4 mindən cox insan qətlə yetirilib.
Erməni və rusların törətdikləri bu soyqrım aktları Şərqi Anadoluda da eyni vəhşi üsullarla davam etdirilib. Qars , Ərzurum , İğdır və digər ərazilərdə müsəlman və türk olduğu ücün insanlar öldürülüb , kəndlər , məhlələr dağıdılıb, qətlə yetirilənlər su quyularına atılıb, toplu məzarlıqlar yaradılıb.
Azərbaycan Türk Ocağı 31 Mart soyqrımı qurbanlarının əziz ruhu qarşısında baş əyir, İstiqlal şəhidlərinə Tanrıdan rəhmət diləyir , xalqımızı başımıza gətirilən bu faciələri unutmamağa cağırır .
Azərbaycan Türk Ocağı Mətbuat Xidməti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya