ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı

Son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə sistemləri ABŞ istehsalı olan dörd ədəd AGM-188A "Rusty Dagger" qanadlı raketini vurub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, nazirlik tərəfindən belə raketlərin ələ keçirilməsi ilə bağlı verilən ilk rəsmi bəyanatdır.

“Raketlər ABŞ-ın ERAM proqramı çərçivəsində “Zone 5 Technologies” şirkəti tərəfindən hazırlanıb”, - məlumatda qeyd olunub.