Zelenski Stoltenberqlə cəbhədəki vəziyyəti müzakirə edib
Zelenski Stoltenberqlə cəbhədəki vəziyyəti müzakirə edib
09:13 16.01.2024
Dünya
459
Ukrayna Prezidenti Vladimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.
APA xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı "X" hesabında bildirib.
Onun sözlərinə görə, Davosda baş tutan görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə olunub.
"Mən Baş katibi Rusiyanın son zamanlar həyata keçirdiyi kütləvi hava zərbələri barədə məlumatlandırdım və Ukraynanın hava hücumundan müdafiəsinin daha da gücləndirilməsinin vacibliyini vurğuladım. Biz Ukraynanın digər müdafiə ehtiyacları barədə də danışdıq", - Zelenski qeyd edib.
Zelenski əlavə edib ki, görüşdə tərəflər bu yaxınlarda imzalanmış Böyük Britaniya-Ukrayna təhlükəsizlik sazişinin əhəmiyyəti barədə də danışıblar.
"Mən Ukraynanın analoji sazişlər üzrə tərəfdaşlarla davam edən əməkdaşlığı barədə məlumat verdim və Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq belə sənədlərin imzalanmasının vacibliyini vurğuladım.
Biz Vaşinqtonda NATO sammitinə hazırlığı da müzakirə etdik. Mən vurğuladım ki, Ukrayna onun Alyansa üzvlüyünü daha da yaxınlaşdıracaq qərarlar gözləyir", - Zelenski qeyd edib.
Xatırladaq ki, hər iki lider Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə