44 günlük QƏLƏBƏ Azərbaycanı daha böyük hədəfləri olan bir dövlətə çevirdi
08:13 08.11.2022
Aktual
685
Bu gün Zəfər günüdür. Müzəffər Azərbaycan ordusu işğalçıları ağır məğlubiyyətə uğradaraq özünün əzəli və tarixi torpaqlarından qovmasının ikinci ilini bayram ab-havası ilə qeyd edir.
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.
Xalqımızda və ordumuzda qələbə əminliyi yaradan qazandığımız nailiyyətlərin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, diplomatik uğurları idi.
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı da "Şərq" ə açıqlamasında Xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Silahlı Qüvəllərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfər Gününün ölkəmizdə çox böyük bayram əhval ruhiyyəsi yaratdığını deyib. Nə xoş bizə ki, xalqımızın taleyində haqq - ədalətə qovuşmaq, hər il bu böyük qələbənin ildönümünü qeyd etmək də varmış: "30 il erməni faşizminin əsarətində qalan, həsrətində olduğumuz torpaqlarımızı bu gün azad görəndə sevinc göz yaşları, qəhərdən boğulan duyğularımıza hakim ola bilmirik. Bu duyğuları, sevinci qürur və şərəflə bölüşürük.
Vətən müharibəsində Azərbaycanın zəfəri siyasi-hüquqi nəticələrinə görə həm regional, həm də qlobal miqyaslı hadisədir.
44 günlük müharibə ilə cəmiyyət və xalq olaraq göstərə bildik ki, öz torpağımız uğrunda rahatlıqla ölə bilərik. Millətin formalaşması üçün bu çox vacib mənəvi amillərdən biridir. Çünki Vətən torpağı qanla sulandığı təqdirdə Vətən olur.
44 günlük müharibədə qələbə ilə Azərbaycan tək Qarabağın azad olunması ilə məhdud düşünən bir dövlətdən çıxaraq, daha böyük hədəfləri olan bir dövlətə çevrilməyə başlayıb.
Ay yarıma işğal altında olan torpaqları azad etmək, erməni mifini darmadağın etmək güclü Azərbaycan haqqında təsəvvürləri daha da genişləndirib. Bu uğurların qazanılmasında güclü lider və onun yaratdığı güclü ordu xüsusi qeyd olunmalıdır. Müasir silahlarla təchiz olunmuş, yüksək döyüş ruhlu əsgər və zabitlərimizin vətənpərvərlik hissləri qələbəmizi şərtləndirən amillər sırasındadır. Əlbəttə ki, məqsədə doğru inamlı addımlar Azərbaycanın tarixinə Qalib ölkə adını həkk etdi və bu tarixdə görünməyən bir qələbə idi.
Diləyimizi reallığa çevirən Ölkə başçımız, Ali Baş Komandanımız Cənab İlham Əliyevə, ərazi bütövlüyümüz uğrunda canlarından keçən, müqəddəs ruhları andımıza çevrilən qəhrəman Şəhidlərimizə, sağlamlıqlarını itirən qazi qardşalarımıza tarix boyu millətimiz var olduqca minnətdarıq.
Tarixi gün münasibətilə Millətimizi Azad, Qüdrətli, Bütöv Azərbaycana hədəfləyən və bu yolda yorulmadan çalışan qətiyyətli, yenilməz, qəhrəman, XİLASKAR Ali Baş Komandanımız, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevi, onun ən sadiq silahdaşı Mehriban Xanımı, Müzəffər Ordumuzu, bütövlükdə Azərbaycan Xalqını ürəkdən təbrik edirəm. Qoy Uca Tanrı daim dövlətimizi və xalqımızı pənahında saxlasın. Amin!"
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə