4SİM-dən gözləntilər
Yusif Nəzərli
05:38 23.05.2023
Aktual
381
Bütün ölkə üzrə innovasiyaları və rəqəmsal transformasiyanı sürətləndirə biləcək addımlara üstünlük verilməlidir
Ölkəmizdə Dördüncü Sənaye İnqilabı, rəqəmsal transformasiya prosesləri, süni intellekt və əşyaların interneti "AzerGold"dan başlanacaq .
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) açıqlayıb ki, AzerGold-da rəqəmsallaşma ilə bağlı real vəziyyət təhlil ediləcək, qiymətləndirmə aparacaq və gələcək inkişaf üçün yol xəritəsi hazırlayacaqlar.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, 2-3 il əvvəl ozamankı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiya Agentliyi də ölkə üzrə innovativ durumu qiymətləndirmək üçün "AzerGold"dan başlamışdı, qurum ilk dəfə olaraq innovasiya auditini burada tətbiq etmişdi: “Nəticəsi də sektorda hamıya məlumdu. Əlbəttə, şübhəsiz ki, dünyada rəqəmsal transformasiyanın qiymətləndirilməsi üzrə uğurlu model olan Ağıllı Sənaye Hazırlığı İndeksi (SİRİ) əsasında yuxarıda qeyd edilən qiymətləndirmənin xeyli faydası olacaq. Ancaq doğrudanmı rəqəmsal transformasiya ilə bağlı, innovasiyaların inkişafı ilə bağlı 4SİM və digər aidiyyəti qurumların ilk nöbvədə atacağı addımlar bunlar olmalıdır, məhdud resurslar bu tip lokal xarakterli tədbirlərə yönəldilməlidir!?
Bəlkə, 4SİM və digər əlaqədar qurumlar daha konseptual həllər, tövsiyələr təklif etməlidir, bütün ölkə üzrə innovasiyaları və rəqəmsal transformasiyanı sürətləndirə biləcək addımlara üstünlük verməlidir”.
O.Gündüzün fikrincə, əsas fəaliyyət istiqamətləri süni intellekt, əşyaların interneti və maşın öyrənməsi olan 4SİM-dən gözləntilərin ən əsası Süni intellektin inkişafı ilə bağlı özlərinin də açıqladığı Strategiya layihəsinin təqdim edilməsi ola bilərdi: “Bu cür əhəmiyyətli bir sənədlə bağlı mesaj əvəzinə biz hansısa lokal xarakterli addımlar müşahidə edirik. Düşünürəm ki, ölkədə rəqəmsal transformasiya, innovasiya ilə bağlı məsələlərdə pərakəndəlik, prioritetlərin müəyyən edilməməsi, konseptual baxışların olmaması öz sözünü deyir. Ümumiyyətlə, rəqəmsallaşma sahəsində ölkədə konseptual baxışlar, prioritetlər müəyyən edilibmi? 5 il öncə qəbul edilməli olan İnnovasiya Strategiyası nə üçün ortaya çıxarılmadı və sonradan tam unuduldu. Maraqlıdır, hazırlandığıı haqqında bir neçə dəfə açıqlama verilən Rəqəmsal transformasiya strategiyasınımı da həmin tale gözləyir!?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm