Fransada iğtişaşlar: Bu matçın vaxtı dəyişdirildi

Fransa çempionatının 8-ci turu çərçivəsində keçirilməsi nəzərdə tutulan PSJ – “Lion” oyununun tarixi dəyişdirilib.

Axar.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası qarşılaşmanın ölkədə baş verən iğtişaşlar səbəbindən təxirə salındığını açıqlayıb.

Oktyabrın 25-də keçirilməsi planlaşdırılan matç oktyabrın 26-na təyin edilib. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Qeyd edək ki, çempionatın 7 turundan sonra hər iki komandanın aktivində 14 xal var. “Lion” turnir cədvəlinə başçılıq edir, PSJ isə ikinci pillədə qərarlaşıb.