570 nəfər azərbaycanlı zəvvar 3 gündür İran-İraq sərhəddində saxlanılır - Səbəb açıqlanmır
13:15 12.09.2022
Aktual
656
Azərbaycanlı zəvvarlar İran-İraq sərhəddində qalıb. Bu barədə Sherg.az-a hazırda sərhəddə olan zəvvarlardan Tahir Cəfərov məlumat verdi. T.Cəfərov bildirdi ki, Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan 570 nəfər 3 gündür ki, İran-İraq sərhəddində saxlanılıb və İraq ərazisinə buraxılmır.
“Biz bunun səbəbini bilmirik. Sənədlərimiz qaydasındadır. Niyə sərhəddən buraxılmadığımıza dair bizə heç bir məlumat verilmir, səbəb açıqlanmır. 3 gündür ki, sərhəddə xeymələrdə (çadırlarda) yaşayırıq. İraq ərazisinəburaxılıb-buraxılmayacağımıza da bilmirik. Çünki dəqiq bir söz deyilmir. “Bu gün, sabah...” deyirlər, vaxt keçir. T.Cəfərov hazırda zəvvarların İranla-İraq arasındakı “Xosrovi” keçid məntəqəsində olduqlarını bildirdi. Zəvvarın dediyinə görə, İraq tərəfi azərbaycanlı zəvvarların girişinə qadağa qoyub. T.Cəfərov güman edir ki, bəlkə də qadağaya səbəb hazırda Kərbəla istiqamətində zəvvar axının güclü olmasıdır. Ola bilsin ki, İraq dövləti axının bir qədər seyrəlməsini gözləyir, növbəti zəvvar qruplarının ölkəyə girişinə bundan sonra icazə veriləcək.
İraq səfərləri rəsmi səviyyədə təşkil olunmadığından zəvvarlar oxşar problemlərlə tez-tez qarşılaşır. İraq, Nəcəf-Kufə-Kərbəla ziyarətləri adətən fərdi şirkətlər, fərdi şəxslər tərəfrindən təşkil eidlir. Qafqaz Müsəlmanları İdarəsi isə regionda baş verən məlum hadisələr səbəbindən zəvvarlara Kərbəla ziyarətindən çəkinməyi tövsiyə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq