7 fevral tarixi 44 günlük qələbəmizin pik nöqtəsi olacaq
18:16 05.02.2024
Aktual
630
Azərbaycan ərazi bötövlüyünün, suverenlyinin tam bərpasından və tarixi, şanlı qələbəsini təmin etdikdən sonra ölkəmizdə keçiriləcək prezident seçkisinin xüsusi əhəmiyyəti həmdə dünyaya xalqımızın bir mesajı olaraq yayımlanacaq.
44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq Azərbaycanın artıqbütün müstəvilərdə nəinki Qafqazda,Xəzər hövzəsi regionunda, Avropada, həmçinin bütövlükdə dünyanın maraq dairəsində 7 fevral seçkiləri ilə bir daha tarix yazmasını təmin edəcəkdir.Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəyli Prezident seçkiləri ərəfəsində dövlətimizə qarşı aparılan müxtəlif dairələrin destruktiv fəaliyyətləri ilə bağlı açıqlamasında qeyd edib ki,bu gün bəzi Avropa ölkələrinin ölkəmiz əleyhinə apardıqları qarayaxma məqsədli “siyasi” manipuliyasiyaları bizə tanışdır və illərdir bu ədalətsiz qərarların şahidi olmuş, bu fəaliyyətlərə qarşı ikitərəfli və çoxtərəfli müstəvidə mübarizə aparmışıq. Həqiqətdir ki, xalqımız Qarabağ kimi etnik münaqişə ocağının tələsinə salınmaqla, tarixən bu kimi haqsız,ədalətsiz qərarların dəfələrlə qurbanına çevrilmişdir. Lakin44 günlük Zəfər tariximiz və ondan sonrakı hərbi-siyasi, diplomatik-siyasi fəaliyyətimiz artıq Azərbaycanın dünya çapında diqtə ediləcək bir gücə sahib olduğumuzu sübut etdi.
Son 30 ildə, beynəlxalq münasibətlərin bütün sferalarını tənzimləyəcək hüquq normalarının qəbul olunması fonunda torpaqlarımızı işğal edən, separat niyyətlərini gizlətməyən, şəhər və kəndlərimizi viran qoyaraq yağmalayan erməni toplumuna tendensiyalı münasibət sərgiləyən, əsasən avropasentrist çərçivədənçağdaş dövrün demokratiya, insan haqları “dərsini aşılayan”, bu dəyərlərin guya etalonunu müəyyən etmiş avropalılarqarşılıqlı münasibətlərdə davranış formullarını dəyişməyə məhkumdur.
2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbay-canın tarixi qələbəsi ilə başa çatması, Vətən müharibəsi zamanı,eləcə də ondan sonrakı dövdə Xankəmizdə ikiyüz ildən çox üzü bəri kök salmış separatizmin kökünün kəsilməsi Azərbaycanın müstəqil siyasətinin,demokratik dəyərlərinin, suverenliyinin, praqmatik diplomatiyasının təzahürüdür və məncə, dünyada artıq bununla razılaşmalıdırlar.
7 fevral Prezident seçkisi Azərbaycanın yeni inkişaf strategiyasını,demokratik özülünü bir daha möhkəm süxurlara dayayayacaq. Düşünürəm ki, xalqımız7 fevralda şəhidlərimiz, qazilərimiz, əsgərilərimizlə bərabər tarixi qələbəmizin təminatçısının kim olduğunu bir daha nümayiş etdirməklə, cəmiyyətimizin monolitliyini göstərəcək, həm də Azərbaycanın cənnət güşəsi Qarabağdan, Zəngəzurdan,Göyçədən gələcək səsimizə səs verərərək beynəlxalq ictimaiyyətə layiqli bir mesaj veriləcəkdir.
Şəfayət Avılbəyli
Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə