97 min minaya 15 hərbçi: Proseslərdəki Britaniya “izi”... – Dərin strategiya!
Fidan Həmişəyeva
08:41 14.06.2021
Aktual
822
“15 erməni hərbçiyə qarşılıq 97 min minanın basdırıldığı yerlərin xəritəsinin verilməsi – bu, Azərbaycanın ardıcıl diplomatik səylərinin məntiqi nəticəsidir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi, jurnalist Aqşin Kərimov söyləyib.
O, bildirib ki, mübadilənin Ermənistanda seçkiqabağı Nikol Paşinyanın əlini və arqumentlərini, təbliğat tezislərini gücləndirməsi və bunun Azərbaycanın maraqlarına cavab verməsi haqqında ayrıca şərh olaraq uzun-uzadı bəhs etmək olardı:
“Bu dəfəki şərhdə həmin məqamlara vurğu etməyəcəyəm, sadəcə bu cür mübadilənin həyata keçirilməsində rol alan beynəlxalq oyunçulardan birinin maraqlarını izah etməyə çalışacağam.
Dəfələrlə biz Qərbin münaqişədən sonrakı periodda regiondakı maraqları və onun perspektiv hədəfləri haqqında yazmışıq. Axırıncı mühüm hadisədən sonra isə daha bir oyunçunun “bağlı qapılar” arxasından açıq rəqabət meydanına gəldiyini söyləyə bilərik. Həmin ölkə necə deyərlər, “boz kardinaldır”.
Bu dövlət Böyük Britaniyadır, hərçənd ki, London həmişə beynəlxalq siyasətdə çox zaman “səssiz” qalmağa üstünlük verir. Bununla belə, mübadiləyə qədər Britaniya rəsmilərinin keçirdiyi görüşlərin keçirilmə tezliklərinə regional proseslər fonunda nəzər yetirəndə onun dərinliyində gizlənən strateji məqsədləri çözə bilərik.
Müharibə bitdikdən sonra Britaniya Bakı ilə təmaslarını gücləndirir, əsas məqsədlərindən biri isə Rusiya amilini zəiflətməkdir. London Qarabağda çoxtərəfli sülhməramlı missiyanın olmasının tərəfdarıdır, Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp da bununla bağlı bu ilin mayında ölkəsinin mövqeyini ifadə edib.
Cənab Şarpın dedikləri ona dəlalət edir ki, Britaniya da prosesdə hərbi iştirak imkanlarını nəzərdən keçirir, lakin bunun çətin olduğunu da dərk edir. London əslində Rusiya sülhməramlıların gəlməsinə əvvəldən qarşı idi, lakin coğrafi uzaqlıq Britaniyanın proseslərdə birbaşa iştirak imkanlarını minimuma endirirdi”.
A.Kərimovun fikrincə, sözsüz ki, ABŞ-ın son zamanlar intensiv diplomatik həmlələri Britaniyanın dəstəyi ilə müşayiət olunur və Vaşinqtonun regionda möhkəmlənməsi Londonla birgə maraqların koordinasiyasından keçir:
“Birləşmiş Krallıq iqtisadi rıçaqlarını işə salaraq regionda təşəbbüsləri ələ almaq istəyir. Təsadüfi deyil ki, Britaniya xarici siyasətinin “sağ qolu” BP Azərbaycanda bərpa olunan enerji mənbələri üzərində fəal çalışır.
Postmüharibə dövründəki iqtisadi rəqabətlərdə BP-nin ön plana çıxması, BP-nin ölkədəki fəaliyyət dairəsinin bir hissəsini işğaldan azad edilmiş ərazilərə daşıması beynəlxalq zəmanət baxımından Bakı üçün olduqca sərfəlidir.
BP-nin işğaldan azad edilmiş ərazilərdə praktiki fəaliyyəti isə ərazilərin minalardan təmizlənməsindən keçir”.
Jurnalist qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sonuncu mübadilədən iki gün öncəki iki informasiya diqqət çəkir:
“ Birinci, Birləşmiş Krallığın Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı mütəxəssisi Füzulidə oldu.
İkinci, Xarici İşlər naziri Ceyhun Bayramov Ceyms Şarpı qəbul etdi.
Səfirlərin XİN rəhbəri səviyyəsində qəbulu adətən diplomatik missiya başa çatdıqda ya da hansısa hadisəyə dair xəbərdarlıq edildikdə baş verir. Ancaq belə formatda səfirin qəbulunu çox mühüm proseslərdə Britaniyanın mövqeyinin prinsipiallığından və artan maraqlarından xəbər verir. Deməli, mina xəritələrinin verilməsində Britaniyanın böyük rolu olub.
Britaniyanın üzdə olmayan lakin fəal iştirakının arxasında qlobal rəqabət də dayanır.
Birincisi, nəzərə alaq ki, Rusiya ilə yanaşı Çin də postmüharibə dövrünün əməkdaşlıq platformasında özünü çəkiyə mindirmək istəyir.
İkincisi, ABŞ və Britaniyanın hərbi-siyasi doktrinasında Rusiya ilə Çin əsas təhdid kimi göstərilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya