ABŞ Administrasiyası ermənipərəst strukturdur - RƏY
Yusif Nəzərli
12:37 05.10.2024
Aktual
557
Əlbəttə, bu siyasət çox zərərlidir və ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir göstərir, zərbə vurur
ABŞ Konqresinin 60 ermənipərəst üzvü Azərbaycana növbəti sanksiyalar tətbiq edilməsi üçün hökumətə müraciət edib. Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə bu məsələyə toxundu. Müraciətə nəzər yetirdiyini və çox çirkin bir müraciət olduğunu dedi. Dövlət başçısı vurğuladı ki, bu, bizim iradəmizə təsir edə bilməz:
"Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”. Dövlət başçısı bildirib ki, ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiya tətbiq edib: "O vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı". Bunun səbəbləri barədə danışan dövlətimizin başçısı bildirib ki, onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi: "Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!".
Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, ABŞ Administrasiyası ermənipərəst strukturdur. Ekspertin sözlərinə görə, Prezident Co Bayden qondarma erməni "soyqırımını" tanıyan ilk ABŞ prezidenti kimi tarixə düşüb:
"Dövlət Departamentinin aparıcı üzvləri Azərbaycana qarşı ittihamlarla çıxış edirlər. 44 günlük müharibənin və antiterror əməliyyatlarının nəticələrini qəbul etmirlər. Bu ilin əvvəllərində Dövlət Departamentinin məruzəsində Azərbaycan "dini azadlıqları pozulan ölkə" kimi tanınmışdı. Müəllifləri də özləri idi. Bu, Dövlət Departamentinin çox qərəzli hesabatıdır. Çünki müxtəlif dini etiqadların təmsilçiləri bu bəyanatla qətiyyən razı olmadıqlarını bildirdilər. Hətta Azərbaycandakı vəziyyətə yaxından bələd olan xaricdəki yəhudi icmasının aparıcı üzvləri də etiraz səslərini qaldırdılar. Bütün bunlar ondan xəbər verir ki, ABŞ-nin Azərbaycana yönəlik qərəzli münasibətində təkcə erməni lobbisi ilə sıx bağlı olan konqresmenlər yox, Dövlət Departamenti özü mühüm rol oynayır. Azərbaycanın qısa zamanda əldə etdiyi uğurlardan, artan nüfuzundan narazı və narahatdırlar. Bunu öz maraqlarına təhdid görürlər. Əlbəttə, bu siyasət çox zərərlidir və ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir göstərir, zərbə vurur".
İ.Vəlizadə vurğulayıb ki, halbuki ABŞ əksər hallarda Azərbaycan üçün əsas xarici tərəfdaşlardan biri olub: "Regionda Amerikanın dəstəyi ilə bir çox layihələr həyata keçirilib. İndi də ABŞ-nin maraqları Azərbaycandan keçir. Ancaq həmin maraqların təmin olunması üçün Azərbaycanla münasibətlərin yaxşı olması əsas şərtlərdəndir. Təəssüflər ki, indiki Administrasiya öz yaramaz addımları ilə müsbət nəticələri, təcrübəni heçə endirir. Bu da Ağ Evin öz maraqlarını zərbə altında qoyur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya