ABŞ-ın bazasına kütləvi raket hücumu: yaralı hərbçilər var

İraqda yerləşən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın istifadə etdiyi Ayn əl-Əsəd hərbi bazasına kütləvi raket zərbəsi endirilib.

Axar.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Raket zərbələri ilə bağlı təfərrüat açıqlanmayıb.

***

Bazaya endirilən raket zərbələri nəticəsində bir neçə ABŞ hərbçisi yaralanıb.

Bu barədə "Əl Ərəbiyə" məlumat yayıb.