
ABŞ-nin hazırkı səyləri Azərbaycanın tranzit rolunu artırmaq və... -ŞƏRH
14:21 27.06.2024
Aktual
724
ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin.
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.
Diplomat qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və alternativ yol üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır:
“Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə - potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən (Orta dəhliz, Zəngəzur yolu nəzərdə tutulur - red.) keçəcək. Bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”.
Obrayen əlavə edib ki, Bakıya səfəri zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevə sülhün vaxtının yetişdiyini deyəcək.
Ceyms Obrayenin fikirlərini “Sherg.az”a dəyərləndirən politoloq Zeynal Əmrəliyev söyləyib ki, bütün dövlətlər Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar:

“Çünki bu dəhliz mühim strateji əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın Qarabağ müharibəsindən sonra tranzit rolu artır. Digər tərəfdən Azərbaycan Şərqlə Qərb arasında tranzit yolu rolunu oynayır. Bu məsələ qədimdə də eyni cür olub. Amma vaxtilə buna mane olan amillər mövcud idi. Azərbaycan və Ermənistan arasındakı münaqişə sözügedən məsələyə əngəl törədirdi. Həmin münaqişə öz həllini tapdığı və regiondan sülh, sabitlik bərpa olunduğu üçün Azərbaycanın da tranzit əhəmiyyəti daha da güclənir. Çini Qərblə birləşdirən mühim yol məhz qədimdə də Azərbaycandan keçib. Yəni Çinlə ticarət Qərb üçün hər zaman çox əhəmiyyətli olub. Ona görə də yolların açılması həm Çinin, həm də Azərbaycanın marağındadır. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin Qərbə inteqrasiyası yolunda mühim addımdır. Azərbaycanın həmin məsələdə rolu çox böyükdür. Amerika Birləşmiş Ştatlarının da hazırkı səyləri Azərbaycanın tranzit rolunu artırmaq və dəhlizin açılmasına şərait yaratmaqdır. ABŞ çalışacaq ki, Ermənistan və Azərbaycan arasında sülh əldə edilsin. Çünki regionda komnukasiya xətlərinin açılması vacib məsələdir”.
Qeyd edək ki, Obrayenin bu gün Azərbaycana gələcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm
Putin ölkələrə çağırış etdi
10:27 01.09.2026
Dünya
Ukrayna Leninqradı vurdu
10:13 01.09.2026
Dünya
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla müzakirə aparıb - YENİLƏNDİ
10:11 01.09.2026
Gündəm
Prezidentin ŞƏT+ formatında görüşdə çıxışı gözlənilir
10:08 01.09.2026
Gündəm
Paşinyanla Putinin görüşü sərt keçəcək - Balasanyan
10:06 01.09.2026
Gündəm