
Aİ geri addım atır: Ukrayna tab gətirəcək?
09:55 08.02.2024
Aktual
532
Kiyevdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell (Josep Borrell) Ukraynaya dəstək üçün ehtiyatlarının tükəndiyini deyib.
“Report” xəbər verir ki, o, Aİ-nin “sehrli çubuğunun” olmadığını söyləyib: “Ukraynanın daha çox silaha ehtiyacı var. Biz bunu verməliyik. Amma “sehrli çubuğa” sahib deyilik”.
Aİ rəsmisi, həmçinin diqqətə çatdırıb ki, Avropanın silah anbarları da boşalıb: “Mart ayına qədər Aİ Kiyevə ümumilikdə təxminən 550-600 min mərmi verə biləcək və əvvəllər vəd edilən 1 milyon ilin sonuna qədər ötürüləcək”.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Avropa İttifaqı Ukraynaya dəstək məsələsində tamamilə geri addım atır:

"Bu gün Ukraynanın siyasi hərbi rəhbərliyində təmsil olunan şəxslər də Aİ-dan kifayət qədər maliyyə yardımı ala bilmədiklərini vurğulayırlar. Bu isə Ukrayna və Aİ-ı arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olur. Buna baxmayaraq Avropa İttifaqı Ukraynaya istənilən yardımı göstərmir. Ukraynaya yardımların azalması isə Rusiyanın qələbə ehtimallarını xeyli artırır. Hələ müharibə başlayanda bəlli idi ki, resurs və maddi təchizat baxımından qüvvələr balansı adekvat deyil. Ukraynanın Rusiyaya qarşı müqavimətinin nə qədər davam edəcəyi də skeptik məsələdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə