Alen Simonyan: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir
Yusif Nəzərli
07:16 22.10.2024
Aktual
399
Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bəyan edib.
APA xəbər verir ki, bu barədə o, Ermənistan parlamentində bildirib.
Qeyd edək ki, Alen Simonyan bir neçə gün əvvəl “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib.
Ermənistan parlamentinin bugünkü iclasında müxalif fraksiyadan olan deputat Geqam Manukyan müsahibəsində dediyi bu sözləri Simonyana irad tutaraq, “Siz bu tezisi hardan almısınız ki, Azərbaycanın Arsaxa (Qarabağ) hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi” sualını ünvanlayıb.
Alen Simonyan bunun cavabında bildirib ki, hər sözdə hansısa məna axtarmaq, hər kəlməni müxtəlif cür yozmaq olar.
“Lakin fakt faktlığında qalır ki, bizim haqqında danışdığımız ərazi (Qarabağ - red.) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir”, - deyə erməni spiker vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət