Paşinyan və Japarov regional təhlükəsizliyi müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və Qırğızıstan prezidenti Sadır Japarov İrəvanda regional sülh və təhlükəsizlik, iqtisadi əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin inkişafını müzakirə ediblər.

Paşinyan bildirib ki, regional sülhün möhkəmləndirilməsi iqtisadi əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının inkişafı üçün yeni imkanlar yaradır.

Sherg.az xəbər verir ki, tərəflər siyasi dialoqun genişləndirilməsi, təhsil, elm və texnologiya sahələrində əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.

Danışıqların yekununda 2027–2028-ci illərdə iki ölkənin mədəniyyət günlərinin keçirilməsi barədə razılıq əldə olunub. Həmçinin Sevan və İssık-Kul göllərinin qorunmasına dair memorandum imzalanıb.

Qeyd edək ki, bu, Sadır Japarovun Ermənistana ilk rəsmi səfəridir.