Allahşükür Paşazadənin ABŞ-a səfəri başa çatıb
08:19 05.03.2023
Aktual
341
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başcılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərinin sonuncu günündə Solt-Leyk Siti şəhərindəki Humanitar Yardım Mərkəzində olub.
İdarənin mətbuat xidmətindən Sherg.az-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə mərkəzin fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, burada etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, dünyanın müxtəlif ölkələrində təbii fəlakətlərdən, hərbi-siyasi qarşıdurmalardan zərər çəkmiş, ehtiyacı olan insanlar üçün yardımlar tədarük edilir və göndərilir. Böyük ərazini əhatə edən mərkəzin nəzdində qablaşdırma müəssisələri, istehsal sahələri və təlim kursları fəaliyyət göstərir. Təkcə 2021-ci ildə buradan müxtəlif ünvanlara təqribən bir milyard ABŞ dolları məbləğində yardım göndərilib.
Azərbaycan nümayəndə heyəti, həmçinin Yuta ştatında fəaliyyət göstərən Xədicə məscidinin dini icmasının üzvləri ilə görüşüb. İcmanın sədri Salman Məsud nümayəndə heyətinin üzvlərini buradakı fərqli müsəlman dini icmaların ictimai həyatda iştirakı, fəaliyyət prinsipləri, İslam dəyərlərinin qorunması və inkişafı istiqamətində gördüyü işlər haqqında ətraflı məlumatlandırıb.
Sonra Xədicə məscidində Cümə namazı qılınıb.
Cümə xütbəsindən sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev dindarlara müraciətində İslam dininin qardaşlıq, həmrəylik, sülh və yardımlaşma dini olduğunu, məzhəb və təriqətindən asılı olmayaraq, müsəlmanların mənəvi birliyinin önəmini vurğulayıb.
Şeyxülislam Allahşükür Paşazadə səfərin yekunları ilə bağlı yerli kütləvi informasiya vasitələrinə müsahibə verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub
15:34 06.02.2026
Ölkə
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya