Tramp: Qazaxıstanla strateji tərəfdaşlığı və əlaqələrimizi yüksək qiymətləndirirəm

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan lideri Kasım-Jomart Tokayevə Respublika Günü münasibətilə təbrik ünvanlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

ABŞ lideri təbrik məktubunda ölkələr arasındakı ikitərəfli əlaqələrə toxunaraq qeyd edib:

“Mən ölkələrimiz arasında genişləndirilmiş strateji tərəfdaşlığı yüksək qiymətləndirir və hər iki prezidentlik dövrümdə sizinlə aramda qurulan gözəl münasibətlərin bundan sonra da inkişaf etməsini gözləyirəm. Bu mühüm tarixin qeyd olunmasına qoşulmaq mənim üçün böyük şərəfdir”.

Xatırladaq ki, oktyabrın 25-i Qazaxıstanda Respublika Günü kimi qeyd olunur.