Azərbaycan XİN: Qazaxıstan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndiririk

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstan Respublikasını Milli Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Təbrikdə deyilir:

"Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstan xalqını və hökumətini səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq! Azərbaycan Qazaxıstan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və ölkələrimiz arasındakı dostluq əlaqələrini daha da dərinləşdirmək əzmindədir. Milli Gününüz mübarək!"