Amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik
Turan
10:06 30.05.2020
Aktual
1032
"Koronavirus pandemiyası şəraitində belə Azərbaycan dövləti uğurlara imza atmaqda davam edir".
Bunu "Sherg.az"a millət vəkili Eldəniz Səlimov deyib.
Deputat bildirib ki, hər gün yeni müəssisələrin, uşaq bağçalarının, xəstəxanların və digər vacib obyektlərin açılışları olur:
"Bir neçə gün öncə ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şamaxıya səfəri zamanı bir daha bunların şahidi olduq. İstiqlalımızın 102-ci ildönümündə isə ölkə rəhbərinin və Birinci xanımın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı oldu. Bütün bu yaşayış komplekslərinin inşası Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. 2018-ci ildə bu ərazidə “Qobu Park-1”, ötən il isə “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub. Həmçinin, bu ərazidə özəl şirkətlər tərəfindən daha 2 bina inşa olunur və bu binalarda 100-ə yaxın mənzil olacaq. Hesab edirəm ki, bunlar Azərbaycan dövlətinin inkişafının, qüdrətinin təcəssümü, həmçinin, insanpərvərliyin, xeyirxahlığın ən böyük nümunəsidir. Bunlar Azərbaycan dövlətinin, ölkə Prezidenti və Birinci vitse-prezidentin ölkə vətəndaşlarına diqqət və qayğısının növbəti əyani sübutu, daim öz insanının, xüsusilə, ən həssas təbəqə olan, öz yurd yerlərindən zorla digərgin, köçkün salınmış insanların yanında olmasının, onlarla birgə nəfəs almasının göstəricisidir".
Parlament üzvü bəyan edib ki, açılış zamanı dövlət başçısı çox geniş və məzmunlu nitq söyləyib:
"Prezidentin nitqində ölkəmizdə və dünyamızda baş verənlərə geniş toxunuldu, qiymətli fikirlər səsləndirildi. Eyni zamanda, ən başlıca problemimiz Qarabağ məsələsinə bir daha toxunularaq, Azərbaycan bu məsələdə qətiyyətli və barışmaz olduğu vurğulandı. Qeyd edildi ki, Qarabağ məsələsinin həlli, Azərbaycanın hərbi qüdrətinin artırılması üçün ordu quruculuğu həmişə ön planda olub. Dövlət başçısı həmçinin bildirdi ki, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. İnanırıq və tam əminik ki, məhz belə də olacaq. Ölkə rəhbəri bəzi daxili qüvvələrin anti-Azərbaycan fəaliyyətinə də toxundu. Xüsusilə, Azərbaycan torpaqlarının işğalında böyük məsuliyyət payı olan keçmiş Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti üzvlərindən bəzilərinin hələ də öz çirkin əməllərindən əl çəkmədiklərini dilə gətirdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə