AMEA-nın “İlin qalib gənc alimi” mükafatının sahibi məlum olub
09:45 01.02.2024
Aktual
622
Azərbaycan Milli Elmlər Akademiyasının təsis etdiyi “İlin qalib gənc alimi” mükafatı ilk dəfə olaraq Milli Aviasiya Akademiyasının müəllimi Rövşən Əhmədova təqdim olunub.
Bu barədə "Sherg.az" a AMEA-dan məlumat verilib.
AMEA-nın gənc alimlərin stimullaşdırılması məqsədilə 2023-cü ildən təsis etdiyi “İlin qalib gənc alimi” mükafatı ilk dəfə olaraq Milli Aviasiya Akademiyasının müəllimi texnika elmləri üzrə fəlsəfə doktoru Rövşən Əhmədova təqdim olunub. Mükafatın dəyəri min beş yüz manatdır.
Mükafatlandırma mərasimi AMEA Rəyasət Heyəti, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə baş tutub. Akademiyanın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru AMEA-nın müxbir üzvü Afiq Həsənov, AMEA-nın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri, Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri və üzvləri iştirak ediblər.
İlk dəfə olaraq “İlin qalib gənc alimi” mükafatı ilə təltif olunan Milli Aviasiya Akademiyasının müəllimi texnika elmləri üzrə fəlsəfə doktoru Rövşən Əhmədov 1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-2017-ci illərdə Milli Aviasiya Akademiyasının “Elektronika, telekommunikasiya, radiotexnika mühəndisliyi” ixtisası üzrə bakalavr, 2017-2019-cu illərdə həmin Akademiyanın “Radioelektron mübarizə vasitələri” ixtisasılaşmasında magistr pilləsində təhsil alıb.
2020-ci ildə Milli Aviasiya Akademiyasında “Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları” ixtisası üzrə doktoranturaya qəbul olub. 22 sentyabr 2022-ci ildə “Yeni fiziki effektlərə əsaslanan optimal radioqəbul sistemləri” adlı dissertasiya işini müdafiə edib. 2023-cü il senytabr ayının 1-də texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə